
Cari vergi ödənişlərinin hesablanmasında hansı metodu seçməli?
Cari vergi ödənişlərinin hesablanması və ödənilməsi Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir.
Valyuta.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu maddə həmin hesablamaların birinci və ikinci metodunun, həmçinin yeni vergiödəyiciləri və ötən ildə fəaliyyəti olmayan vergi ödəyiciləri üçün cari vergi ödənişlərinin hesablanma qaydalarını təyin edir.
Sözügedən Vergi Məcəlləsinə əsasən, cari vergi ödənişlərinin hesablanmasında tətbiq edilən birinci metod ötən ilin mənfəət (gəlir) vergisinin dörddəbir hissəsinin ödənilməsi məqsədini güdür.
Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, tətbiq edilən ikinci metodun mahiyyəti isə cari vergi ödənişlərin məbləğinin bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində verginin xüsusi çəkisini göstərən əmsalın hasili kimi hesablanmasından ibarətdir. Vergi Məcəlləsinin 151.3-cü maddəsində göstərilir ki, vergiödəyicisi hər ilin aprel ayının 15-nə kimi il ərzində bu iki metoddan hansını cari vergi ödənişlərinin hesablanmasında tətbiq edəcəyini seçir və vergi orqanlarına bu seçim barədə məlumat verir. Vergiödəyicisi bu məlumatı vermədikdə, vergi orqanları onun cari vergi ödənişlərini birinci metod əsasında hesablayırlar. Bu isə vergiödəyicisi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Bəzi hallarda vergi ödəyicisinə birinci metoddan istifadə etmək daha sərfəli ola bilər, sadəcə hər bir halda vergiödəyicisinin hansı metoddan istifadə edəcəyini özü qərara almalı, öz məsuliyyətini vergi orqanına həvalə etməməlidir.
Ötən ildə fəaliyyəti olmayan və ya cari ildə vergi orqanlarında vergiödəyicisi kimi qeydiyyata alınan şəxslər cari vergi ödənişlərini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablayıb ödəyirlər. Bu metoda əsasən, cari vergi ödənişləri rübün nəticəsi əsasında artan yekunla hesablanmış mənfəət (gəlir) vergisinin 75 faizindən az ola bilməz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay