Avropa Komissiyasından ABŞ-a TƏKLİF: vergilər yarım il dondurulsun
Avropa Komissiyası ABŞ-a gömrük vergilərini yarım il dondurmağı təklif edib.
Valyuta.az xəbər verir ki, Avropa Komissiyası (AK) sədrinin müavini Valdis Domrovskis “Der Spiegel” jurnalında nəşr olunmuş müsahibəsində, bu addımın ticarət sahəsində ziddiyyətlərin aradan qaldırılması üçün yol axtarmaq məqsədi daşıdığını bildirib.
Səd müavini, problemin danışıqlar yolu ilə həllinə nail olmaq üçün bütün qarşılıqlı rüsumların altı ay müddətinə qüvvədən salınmasını təklif etdiklərini vurğulayıb:
Onun sözlərinə görə, bu, okeanın hər iki üzündə sənaye və işçilər üçün zəruri olan nəfəs dərməyə imkan yaradacaq.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında o vaxt ABŞ prezidenti olan Donald Tramp administrasiyası Avropa İttifaqından (Aİ) ABŞ-a idxal edilən mallara 25 faiz, başqa sözlə, 7,5 milyard dollar həcmində rüsum tutmaq barədə qərar vermişdi. Bunun qarşılığı olaraq Aİ də idxal edilən ABŞ məhsulları üçün illik təxminən 4 milyard dollar məbləğində rüsum tətbiq etməyi qərara almışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay