
14.04.2021 / 11:00
\"Space\"də Vaqif Mustafayevin dövrü araşdırılır - YOXLAMA
10771
"Space" televiziyasında maliyyə yoxlamaları aparılır.
Unikal.org-un əldə etdiyi məlumata görə, kanalın sabiq rəhbəri Vaqif Mustafayevin işlədiyi dövr araşdırılır.
Belə ki, televiziyanın Mühasibatlıq şöbəsində audit yoxlaması başlayıb. V.Mustafayevin dövründə aparılan maliyyə əməliyyatları, reklamlardan gələn gəlirlərin miqdarı və istifadəsi yoxlanılır.
Qeyd edək ki, bu ilin fevral ayında kinorejissor Vaqif Mustafayev "Space" telekanalının qurucusu Sevil Əliyeva tərəfindən vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay