Sığorta
13.04.2021 / 10:45
Son üç ildə sosial sığorta yığımları 70% artıb
10717
2018-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 39% artaraq 4,8 milyard manat təşkil edib.
“Report” bu barədə nazirliyin açıqladığı 3 illik hesabata istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 70% artaraq 3,6 milyard manata çatıb. Artım dövlət sektorunda 84%, özəl sektorda isə 63% olub.
3 il ərzində dövlət büdcəsindən Fonda transfertlər isə 10% azalaraq 1,2 milyard manata düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay