BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
10583

“Dövlət başçısı tərəfindən “yaşıl enerji” konsepsiyasının hazırlanması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. “Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri olan “yaşıl artıma” nail olunması, eləcə də 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması dənizin külək imkanlarının enerjiyə çevrilməsi istiqamətində də fəaliyyəti aktuallaşdırır”.

Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, bu sözləri energetika naziri Pərviz Şahbazov, Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı çərçivəsində Energetika Nazirliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə baş tutan müzakirələr zamanı səsləndirib. 

Dənizdə külək enerjisi potensialından istifadəni zəruri edən amillərdən və bu istiqamətdə BMK ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən nazir bildirib ki, BMK ilə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsi və Yol Xəritəsinin hazırlanması üzrə əməkdaşlığımız yaşıl enerji ilə bağlı hədəflərimizə töhfə verəcək.

Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl (Sarah Michael) isə bildirib ki, Dünya Bankı BMK ilə birlikdə dənizdə külək enerjisinin inkişafına, bu sahəyə investorların cəlbinə, Azərbaycanın dekarbonizasiya ilə bağlı məqsədlərinə dəstək verməyə hazırdır.  

Sonra IFC və məsləhətçi şirkət tərəfindən hazırlanmış dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib. Müxtəlif ssenarilər üzrə layihələrin gözlənilən iqtisadi, maliyyə, ekoloji və sosial göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd olunub ki, dünyada dənizdəki külək enerjisinə maraq artmaqdadır. Bu da külək turbinlərinin quraşdırılması ilə istehsal olunan elektrik enerjisinə çəkilən xərclərin getdikcə azalması ilə izah edilir. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun yaxın vaxtlarda imzalanması planlaşdırılır. Anlaşma Memorandumu ilə nəzərdə tutulan işlər BMK-nın “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan banklarının xalis mənfəəti 313 mln. manata çatıb

Bu marşrut xətti “BakuBus”a verildi

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin