
ƏDV üzrə geri ödəniş 35 faiz olacaq? - Ekspert açıqladı
"ƏDV üzrə ödənişlərin geri qaytarılması mexanizmi təkmilləşdirilməlidir. İstehlakçıların kassa əməliyyatlarına nəzarəti gücləndirmək üçün geri ödənilən faizlər artırılmalıdır”.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
R.Həsənovun fikrincə, yaxşı olar ki, nağd dövriyyə üçün geriödəmə faizi 25-ə, nağdsız ödəmə üçün 35 faizə çatdırılsın.
Onun sözlərinə görə bu halda insanlar prosesdə daha aktiv iştirak edəcək, rəsmiləşdirilən dövriyyənin həcmi artacaq:
"Geriödənişin faizinin artırılması insanların gəlirini artırmaqla bərabər, hökumətə iqtisadi dövriyyə nəzarəti gücləndirmək imkanı verəcək, iqtisadiyyatda leqallaşma vəziyyəti daha da yaxşılaşacaq”.
Qeyd edək ki, hazırda nağd ödənişlər üzrə ƏDV-nin 10 faizi, qeyri-nağd ödənişlər üzrə 15 faizi qədərində məbləğ geri qaytarılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay