Energetika
09.04.2021 / 14:13
Belarusda yeni neft yatağı aşkarlanıb
10555
Belarusun Qomel əyalətində Qurianovo adı verilən yeni neft yatağı kəşf edilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Pripiat çökəkliyinin orta hissəsində yerləşən yatağın ehtiyatları ilkin olaraq 600 min ton həcmində dəyərləndirilib.
“Belarusneft” dövlət şirkətindən bildiriblər ki, 2021-2022-ci ildə həmin bölgədə 13 kəşfiyyat qyusu qazmaq nəzərdə tutulur. Yeni aşkarlanan yataqda gündəlik 20-30 ton debitli fontan axın gözlənilir.
Qeyd edək ki, Pripiat çökəkliyinin orta bölgəsində son beş il ərzində 8 neft yatağı kəşf edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay