BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10554

“Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideyinlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır”.

Valyuta.az xəbər verir ki, bu barədə Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev Haqqın.az-a müsahibəsində bildirib.

O deyib ki, Prezidentin sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və mənzil fondunun bərpası üçün işlər tam gücü ilə davam edir. Bu işə böyük həcmdə vəsait ayrılıb, xüsusi qərargah yaradılıb və həmin qərargah bütün bu irimiqyaslı işləri nizamlayır.

“Həmin kateqoriyadan olan vətəndaşlar arasında, o cümlədən bizim Komitə tərəfindən aparılan sosioloji rəy sorğuları göstərir ki, onların əksəriyyəti əcdadlarının yaşadıqları torpaqlara geri qayıdacaqlarına ümidlərini heç vaxt üzməyiblər. Və mən inanıram ki, onların arzuları yerinə yetiriləcək və hər birinə o torpaqlarda layiqli həyat şəraiti yaradılacaq”, - Rövşən Rzayev belə deyib.

Bəlli olduğu kimi, işğaldan azad edilmiş şəhər və kəndlərin böyük əksəriyyəti viranəlikdən ibarətdir, düşmən bu yaşayış məntəqələrini yer üzündən silib. Bununla belə bəzi şəhər və kəndlər var ki, orada evlər salamatdır.

Bəs onillər keçəndən sonra azad edilmiş ərazilərdəki bu və ya digər evin sahibləri öz mülkiyyət hüquqlarını necə təmin edəcəklər? Bunun üçün sənədləri hara təqdim etmək lazımdır?

Qaçqınkom rəhbəri bildirib ki, komitənin elektron məlumat bazasında məcburi köçkünlər və onların ailə üzvləri barədə bütün informasiyalar var. Həmin informasiyalar müvafiq rayonların icra hakimiyyətlərində də toplanıb.

“Biz müntəzəm olaraq əlimizdə olan informasiyaları yoxlayırıq. Ona görə də dövlət bilir ki, azad olunmuş torpaqlarda kimin hansı mülkiyyəti olub. Yəni məcburi köçkünlərin qoyub gəldikləri mülkiyyətlə bağlı problem yaranmalı deyil. Amma məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası bu günün, ola bilsin, sabahın məsələsi deyil. Böyük qayıdış proqramının həyata keçirilməsi üçün vaxt lazımdır. Amma bu, hökmən baş verəcək”, - R.Rzayev qeyd edib.

O, azərbaycanlıların Xankəndiyə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Deyib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır.

R.Rzayev onu da deyib ki, hazırda Qaçqınkomun balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər gösərilib.

Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək.

“Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”, - o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin