BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
10489

SOCAR AQŞ ilk dəfə olaraq SOCAR-ın “Azneft” İB üçün çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini uğurla həyata keçirib.

Valyuta.az APA-Economics”ə istinadən xəbər very ki, bu barədə “Nobel Oil Services” şirkətindən bildirilib.

SOCAR AQŞ Qərbi Abşeron yatağında qazma işlərinin aparılması zamanı yatağın tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb, quyu lüləsi boyu bütün intervallar üzrə geoloji-geofiziki tədqiqat işləri aparıb. Bu tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülüb, müxtəlif intervallardan kern nümunələri götürülüb, süxurların kollektorluq xüsusiyyətləri, layın neft-qaz doyumluluğu müəyyənləşdirilib layların yatımı, süxurların litoloji kəsilişi və digər parametrlər dəqiqləşdirilib.

“Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, şirkətin Qərbi Abşeron yatağında apardığı geoloji-geofiziki tədqiqat işləri nəticəsində qazılmış quyularda quma qarşı nəzarət sistemi tətbiq edilib, süzgəclərin ölçüləri dəqiqləşdirilib və açıq lüləyə süzgəclər buraxılmaqla sifarişçi hasilatın 4-5 dəfə artırılmasına nail olunub. Əldə edilmiş uğurlu nəticələrə əsasən, yatağın potensialı nəzərə alınmaqla, çoxşaxəli quyuların qazılması mümkünlüyünə baxılıb. Çoxşaxəli quyunun layihələndirilməsi müddətində, SOCAR AQŞ sifarişçi “Azneft” İB ilə birgə komanda şəkilində işləmiş, Cənubi Xəzər hövzəsində ilk dəfə pilot layihə kimi həyata keçirilməsinə öz töhfəsini verib”, - deyə SOCAR AQS-nin baş direktoru Samir Mollayev bildirib

“Qazma və tamamlama işlərinin aparılması zamanı qabaqcıl beynəlxalq şirkətlərin tələblərinə cavab verən müasir texnika və texnologiyadan istifadə edilməklə keyfiyyətli quyular təhvil verilib. SOCAR AQŞ sifarişçi ilə birgə çoxşaxəli quyunun qazılması imkanlarını, təzyiqləri eyni olan horizontların birgə istismara verilməsi mümkünlüyünü araşdırmış və ilk dəfə olaraq, “Qərbi Abşeron” yatağında çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini aparıb”, - SOCAR AQS-nin baş feoloqu İftixar Qasımov qeyd edib.

Layihə çərçivəsində SOCAR AQŞ tanınmış beynəlxalq “Baker Hughes” şirkəti ilə yaxından əməkdaşlıq edib və layihənin bütün texniki əsaslandırılmasını birgə aparıb. Layihənin uğurla həyata keçirilməsində “Baker Hughes” şirkətinin tətbiq etdiyi müasir texnika, texnologiya və təcrübənin mühüm rolu olub.

Çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır. Beləliklə, SOCAR AQS-nin qazdığı çoxşaxəli quyu yataqda iki məhsuldar horizontun birgə istismarına şərait yaratmış və şirkət ilk dəfə olaraq SOCAR tarixində çoxşaxəli quyunun qazılmasını və tamamlanmasını yekunlaşdıraraq sifarişçiyə vaxtından əvvəl təhvil verib.

Hazırda quyuda hasilat rejiminə çıxma əməliyyatı aparılmaqla, mənimsəmə işləri davam etdirilir. SOCAR AQŞ bundan sonra da qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirəcək və keyfiyyətli quyu qazmaqla sifarişçiyə təhvil verəcək.

Qeyd edək ki, SOCAR AQŞ bütöv şəkildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma Şirkəti” tərəfindən 2007-ci ildə təsis edilib. “Nobel Oil Services” SOCAR AQŞ-nin əsas səhmdarıdır.

SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Müəssisə, 2009-cu ildən etibarən IADC (Benəlxalq Qazma Podratçıları Assosiasiyası) təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API (Amerika Neft İnstitutu) Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliya avstriyalı milyarderi həbs etmək istəyir

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin