
08.04.2021 / 11:31
Vergi proqnozuna 121 faiz əməl edilib - NAZİR
10484
"2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2085,73 mln. manat təşkil edib".
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “TWITTER” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, proqnoza 121,1% əməl edilib.
“Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı qeyri-neft-qaz sektorunun payına düşür” – deyə nazir qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay