BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10483

Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyası ilə bağlı olaraq kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydasına dəyişiklik edib.

Valyuta.az xəbər verir ki, söhbət koronavirusun təsiri ilə yaranan vəziyyət və pandemiya dövrü üçün ehtiyac yaranan məhsullarla bağlı kreditlərin təhlükəsizliyinə tələblərin yumşaldılmasından gedir.

Həmin Qayda 2020-ci ilin aprelin 24-də qəbul edilmişdi. İndi isə AMB-nin İdarə Heyətinin 31 mart saylı qərarı ilə bu qərarına müddəti və burada bəzi güzəştlərin müddəti dəyişdirilib.

2020-ci il 24 aprel tarixli Qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə qərarda deyilir ki, qərarın 3.1 bəndində biznes kreditləri sözündən sonra “01 aprel 2021-ci il tarixinədək” sözləri əlavə edilsin.

Həmin bənd belədir:

3.1. Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 01 aprel 2021-ci il tarixinədək 20 (iyirmi) faizli (0.2 əmsallı) risk qrupuna aid edilir.

Yəni bu bənddə nəzərdə tutulan güzəştin müddəti məhdudlaşdırılıb və bu ilin aprelin 1-dən sonra qüvədən düşür.

Bununla yanaşı, həmin qərarın 4-cü və 5-ci hissələrində və 6.1-ci bənddə “01 aprel 2021-ci il” sözləri “01 iyul 2021-ci il” sözləri ilə əvəz edilib.

Həmin hissələr banklarda kapitalın adekvatlıq əmsalına və dividend ödənişinə aiddir.

4. Kapitalın adekvatlıq əmsalı və onun hesablanması

4.1. Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 11 (on bir) faizdən az ola bilməz. [5]

4.2. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 9 (doqquz) faizdən az ola bilməz.

4.3. 01 iyul 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir.

4.4. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 iyul 2021-ci il tarixinədək nəzərə alınmır.

5. Dividend ödənişi
Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 01 iyul 2021-ci il tarixinədək təxirə salınmalıdır.

6.1. Bu Qayda 01 iyul 2021-ci il tarixinədək qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin