BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10478

İşləyən qadınlara hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü, doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Valyuta.az Novator.az-a istinadən xəbər verir ki, doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda doğumdan sonrakı məzuniyyət 70 təqvim gününə yüksəlir.

Kənd təsərrüfatı istehsalatı sahələrində bilavasitə çalışan qadınların hamiləliyə və doğuma görə məzuniyyət müddətləri belədir:

normal doğumda 140 təqvim günü;

doğum çətin olduqda 156 təqvim günü;

iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü.

Müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin (200 manat) 25 mislindən artıq ola bilməz.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdır. Ünvanlı dövlət sosial yardımı təyin olunan ailəyə əlavə dəstək olaraq 1 yaşadək uşağı olduğu halda uşağın 1 yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir. 55 manat məbləğindədir.

Uşağa bilavasitə qulluq edən, işləyən valideynlərdən birinin, yaxud ailənin başqa üzvünün uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququ var. Aylıq müavinətin məbləği 1 yaş yarımadək uşağa qulluğa görə 44 manat, 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə 28 manatdır.

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara (uşaqların sağ olması şərti ilə) altıncı uşağı 1 yaşına çatdıqda müavinət təyin edilir. 55 manat məbləğində müəyyənləşdirilib.

Əmək pensiyası yaşına çatmış şəxslər yaşa görə pensiya hüquqları olmadıqda müavinət alır. 130 manatdır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır.

Beş və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ var.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəbindən baş verdikdə I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 110 manat müavinət verilir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət 150 manatdır.

Övladlığa götürülən uşağa görə 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə 480 manat müavinət düşür.

Ailə başçısını itirməyə görə müavinət bu şəxslərə təyin edilir:

vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına – əlillik müddətinə;

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək –  80 manatdır.

Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət 21 manat məbləğində müəyyənləşdirilib.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət 100 manatdır.

Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət 15 manat məbləğindədir.

Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına müavinət 15 manatdır.

Ünvanlı dövlət sosial yardımı almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə müavinət təyin olunur. 100 manatdır.

Radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət 237 manat məbləğində müəyyənləşdirilib.

Dəfn üçün müavinət q işsizlikdən sığorta ödənişi alan və ya bu müavinətlərdən biri təyin edilmiş şəxs vəfat etdikdə ödənir:

dövlət qulluqçularına ömürlük müavinət;

yaşa görə müavinət;

əlilliyə görə müavinət;

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;

ailə başçısını itirməyə görə müavinət.

300 manat məbləğində müəyyənləşdirilib.

Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin (200 manat) 3 misli məbləğində dəfn üçün müavinət verilir: 600 manat.

Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının (250 manat) 4 misli miqdarındadır: 1000 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin