Valyuta bazarında son vəziyyət - dollar indeksi ən aşağı həddədir
Beynəlxalq valyuta birjalarında dollar indeksi ABŞ prezidentinin koronavirus böhranının növbəti dalğası fonunda xəbərdarlıq etməsindən sonra son iki həftənin ən aşağı həddinə düşüb.
Valyuta.az İnvest.az-a istinadən xəbər verir ki, bununla yanaşı, hökümətin iqtisadi proqramının vergilərin artırılması ilə maliyyələşdirilməsı fonunda da narahatlıqlar mövcuddur.
EUR/USD məzənnəsi 1.1878 dollara qədər bahalaşsa da, GBP/USD məzənnəsi təzyiq altında qalmaqdadır.
Avro və funtun növbəti qiymətlərinə bu gün Avrozona və İngiltərədən xidmət sektoruna dair dərc ediləcək önəmli fundamental göstəricilər də təsir edəcək. Amerika Mərkəzi Bankın (FED) toplantı protokolunun yayımlanması da diqqət mərkəzindədir.
Yapon yeni və lirədə stabilləşmə müşahidə edilir. Rubl isə Rusiyadan inflyasiya göstəricilərin açıqlanmasından sonra təzyiqlər artıb.
Əlvan metallar bazarlarında qızılın qiyməti dəyər qazanmaqda davam edir. Yumşaq fiskal, monetar siyasətlərin genişləndirilməsi və qlobal ticari, siyasi risklərin artması xəbərləri əlvan metallar bazarlarında qızıla olan tələbi artırır.
Alternativ sərmayə bazarları - kriptovalyuta birjalarında isə bitkoinin qiyməti ucuzlaşıb.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, son düşüş tendensiyası davam edərək, mart ayının ortalarında görünən dəst səviyyələrinin yenidən sınağa çəkilməsi ilə nəticələnə bilər.
Dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti mart ayının ortalarında dəstək görərək, beş ayın maksimumuna yüksəlmişdi. Aprelin başlaması ilə ucuzlaşma başlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay