BAKU Azərbaycan
15.95°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
10410
“Biz təəccüblənirik ki, Rusiya rəsmi qurumları Şuşa şəhərinə “İskəndər-M” OTRK-dən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir”

Azərbaycanın bir qrup media nümayəndəsi və blogerlər Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

Valyuta.az xəbər verir ki, müraciətdə, Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi ilə bağlı məsələnin Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olduğu səfirliyin diqqətinə çatdırılır.

Müraciətdə deyilir:

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. 

Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.

1. Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

2. Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

4. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu – müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru

8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - jurnalist, bloger

10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov – müstəqil jurnalist

12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi – ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

18. Azər Qərib - bloger

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Omg Group" rəhbərinə də “stop” qoyuldu

Təbii hidrogen: Ayağımızın altındakı 170.000 illik potensial

"BP Eksploreyşn (Şahdəniz) Limited" Şirkətinin Azərbaycan nümayəndəliyi cərimələndi

İnsan müdaxiləsi olmadan sosial robotların öyrədilməsi metodu yaradılıb

356 min manat vergi borcu olan sirli şirkət

Hindistanlı həkimin Azərbaycandan çıxışına “stop” qoyuldu

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Araz Mehdiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

"Apple" "Siri"yə görə yeni funksiyaları vaxtından əvvəl elan etməyəcək

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı - Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin