BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10400

Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi “Elson AZ” MMC olub.

Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu “Məsafədən zondlama üsul və vasitələrinin neft qaz sənayesində yaranan ekoloji və nasazlıq problemlərinin həll edilməsində tətbiqi məsələləri”  mövzusunda elmi – tədqiqat işi üçün “Elson AZ” MMC-yə 24 min 900 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu üçün elmi-tədqiqat işi aparacaq “Elson AZ” MMC cəmi 3 ay əvvəl – 11.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Elson AZ” MMC-nin hüquqi ünvanı “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”də yerləşir. MMC-nin qanuni təmsilçisi Qarayev Seymur Vəliy oğludur.

Maraqlı məqamlardan biri də odur ki, “Elson AZ” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yanvar ayının 11-də daha 13 şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

“Elson AZ” MMC ilə birgə “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub. //Yeniavaz.com

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 3 ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin elmi-tədqiqat işini hansı təcrübə və peşəkarlıqla icra edəcəyi sahib olacağı aydın deyil.

Onu da bildirək ki, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu ötən ay keçirilən tender müsabiqəsində qalib olan “Sanafen Constraksen” MMC-yə cari təmir üçün 44 min 830 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sanafen Constraksen” MMC də 5 ay əvvəl – 16.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Sanafen Constraksen” MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Sabir Şamil oğludur.

Maraqlı məqamlardan biri də odur ki, “Elson AZ” MMC kimi “Sanafen Constraksen” MMC-nin də dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə yüzlərlə şirkət qeydiyyata alınıb və bu şirkətlərin bəzilərinin qanuni təmsilçiləri də eyni şəxslər olub.

Aşağıdakı linkə daxil olaraq həmoin şirkətlərin siyahısı ilə tanış ola bilərsiniz (Yeniavaz.com):

Eyni ünvanda yüzlərlə şirkət açıb tenderlərdə qalib edirlər - SİYAHI

Şirkətin (MMC) adı Hüquqi
ünvanı
Qanuni
təmsilçisi
Nizamnamə kapitalı Qeydiyyat
tarixi
"ELSON AZ" ABBASQULU ABBASZADƏ ev.1/B QARAYEV SEYMUR VƏLİY
 
10 manat 11 Yanvar 2021
"YUFQAN TK" ABBASQULU ABBASZADƏ ev.1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11 Yanvar 2021
"EGE-NEV TK QRUP" ABBASQULU ABBASZADƏ ev.1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11 Yanvar 2021
"YENI BAKI AZ" ABBASQULU ABBASZADƏ ev.1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11 Yanvar 2021
"FIRE AZLTD" ABBASQULU ABBASZADƏ ev.1/B QARAYEV SEYMUR VƏLİY 10 manat 11 Yanvar 2021
"HÜNƏR AS LTD" ABBASQULU ABBASZADƏ ev.1/B ALLAHVERDİYEV ŞƏHRİYAR
ŞÜKÜR
10 manat 11 Yanvar 2021
"MOLINAR GRUP" ABBASQULU ABBASZADƏ ev.1/B ALLAHVERDİYEV ŞƏHRİYAR
ŞÜKÜR
10 manat 11 Yanvar 2021
"MARSAL TK ABBASQULU ABBASZADƏ ev.1/B ALLAHVERDİYEV ŞƏHRİYAR
ŞÜKÜR
10 manat 11 Yanvar 2021
"SEFKOM AZ" ABBASQULU ABBASZADƏ ev.1/B ALLAHVERDİYEV ŞƏHRİYAR
ŞÜKÜR
10 manat 11 Yanvar 2021
"DELONOR AZ QRUP" ABBASQULU ABBASZADƏ ev.1/B ALLAHVERDİYEV ŞƏHRİYAR
ŞÜKÜR
10 manat 11 Yanvar 2021
"MUFKAT COMPANY" ABBASQULU ABBASZADƏ ev.1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11 Yanvar 2021
"AFRODITA TM" ABBASQULU ABBASZADƏ ev.1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11 Yanvar 2021
"FOKUS SM GRUP" ABBASQULU ABBASZADƏ ev.1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11 Yanvar 2021
"DERMUN GRUP" ABBASQULU ABBASZADƏ ev.1/B TURABOVA ZEYNƏB HABİL 10 manat 11 Yanvar 2021


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Nazir onlara vəzifə verdi

Əmək pensiyası ilə bağlı qanun dəyişir

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar-fevral

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin