BAKU Azərbaycan
15.94°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
10305

Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) nöqsanlarla bağlı marerialları Baş Prokurorluğa təqdim etməsi qurumun prezidenti, akademik Ramiz Mehdiyev üçün acı nəticələrə səbəb ola bilər. 

HİT.az xatırladır ki, "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda  qeyd edilib ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "Şərq-Qərb” ASC-yə ödənilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.

"Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə "Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan "Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və mətbəə fəaliyyət göstərir.

2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub. 2019-cu ilin əvvəlinə "Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi.

Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı "Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.
"Şərq-Qərb” ASC-nin "orbitində” daha bir neçə şirkət ("Şərq-Qərb Nəşriyyat Evi” MMC, "Qlobal East VVest” MMC) var.

"Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olub. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də təsadüfi deyil. 

İndi Hesablama Palatasının hesabatından aydın olur ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olduqdan sonra quruma ayrılan pulları "Şərq-Qərbq” ASC-yə "axıdıb” və nəticədə 10 milyon manatlıq borc yaranıb. 

Nəzərə alsaq ki, ASC AMEA prezidentinin nəzarətindədir, o zaman bu məsələnin akademik üçün ciddi başağrısına çevriləcəyini söyləmək olar. 
Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-nın prezidentidir. Hesablama Palatasının aşkar etdiyi nöqsanlar da məhz onun fəaliyyət dövrünü əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hindistanlı həkimin Azərbaycandan çıxışına “stop” qoyuldu

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Araz Mehdiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

"Apple" "Siri"yə görə yeni funksiyaları vaxtından əvvəl elan etməyəcək

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı- Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı

"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

DTX əməliyyat keçirdi - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldı -VİDEO

"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin