BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
10223

"Gömrük işçilərinin bu yeni “xidməti” əslində gənclərin həm də qanunsuz işlərə cəlb olunması və mənəviyyatının aşılanması anlamına gəlir".

Bunu Qaynarinfo-ya açıqlamasında keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli Bakı aeroportunda fəaliyyət göstərən"könüllü gömrükçü"lər məsələsinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, dövlət qurumlarının gəncləri belə işlərə cəlb etməsi qanunsuzdur, eyni zamanda əmək məcəlləsinə ziddir:

"Könüllü anlayışı vaxtı ilə "ASAN könüllülər"dən yaranıb. İlk olaraq bunlar başlayıb. "Könüllü hərəkat"ı adı altında əslində insan əməyinin əvəzi ödənilmədən, guya onları gələcəkdə həmin strukturlara işə götürmək adı altında gəncləri bu işə cəlb edirlər. Bu, müxtəlif dövlət qurumlarında geniş hal alıb. Çox təəssüf edirəm ki, bəzi dövlət qurumları bundan ucuz və ödənşsiz işçi məqsədiylə istifadə edir. Bəziləri onların ancaq yemək və nəqliyyat xərclərini qarşılayır, bəziləri isə heç qarşılamırlar da. Bu, geniş yayılmış prosesdir".  

Nazim Bəydəmirlinin fikrincə, gənclərin bu tip işlərdə işləməsi dövlət orqanları və idarələri haqqında mənfi fikir formalaşdırır və dövlət anlayışı heçə endirilir:

"Hesab edirəm ki, bunların hamısına son qoyulmalıdır. Təəssüf ki, müxtəlif banklarda, sığorta və s. yerlərdə əvəllər stajor kimi 3 aylıq və digər prespektivli işlər adı ilə ucuz işçi qüvvələrindən istifadə olunurdu. İndi də "könüllülər" adı altında daha da böyük füsət alıb. Bunlar ortadan qalxmalı və bu, bir qanun şəklinə gətirilməlidir. “Könüllü” anlayışı daha çox ictimai-faydalı əmək işlərinə tətbiq olunur. "Könüllü gömrükçü" "könüllü xəbərci" anlayışı ilə eyniləşir və bu da bilik və bacarıq əldə etməkdən daha çox "nəyinsə qarşılığında" vətəndaşın daha çox xəbərçi kimi işlərə cəlb edilməsidir. Hesab edirəm, Gömrük Komitəsi ləvğ olunmalı, onun bazasında Kömrük Xidməti yaranmalıdır".

Nazim Bəydəmirlinin sözlərinə görə, bu, eyni zamanda insanların əliəyriliyə öyrədilməsidir:

"Mənə verilən məlumata görə, vətəndaşların çamadanlarını açırlar. Bir türk dostum danışırdı ki, onun hədiyyə üçün gətirdiyi şokoladların yarısını götürüblər. Bağlamaları elə bağlayın ki, onu aça bilməsinlər. Açıq qoyulanda onun içinə əl gəzdirirlər. Bu da "Gömürükçü könüllülər"in işi olmuş olur. Ölkəmizə gələn turustlərin, iş adamlarının baqaja verdiyi bağlamalar açılır. Axı niyə açılmalıdır? Bu, qul əməyindən əlavə, insanların əliəyriliyə öyrədilməsidir. Bunlar sabah gömrükçü olanda nə olacaq? Bu, insanların əxlaqını pozmaqdır, işçilərin əxlaqsız yetişdirilməsidir və “könüllü” adı altında ölkənin imicinə böyük zərbə vurmaqdır". 

Qeyd edək ki, Bakı aeroportunda Gömrük Komitəsi yeni bir qayda çıxarıb. Bir qrup gənc  belində "Könüllü gömrükçü" yazısı ilə baqaj alınan yerdə durub yüklərə nəzarət edir “şübhəli” yüklərə qırmızı lent bağlayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin