İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir? - AÇIQLAMA
“Son günlər ölkənin nəqliyyat sektorunun idarəetməsində ciddi islahatlar aparılır. Korporativ idarəetməyə hazırlıq görülür, yeni tənzimləmə mexanizmləri yaradılır”.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun fikrincə, yaxın zamanlarda telekommunikasiya və internet təminatı sahəsində də ciddi islahatların aparılacağını güman etmək olar.
Rəşad Nəbiyevin nazir təyinatı zamanı bu istiqamətdə ilkin rəsmi mesajlar da verildiyini xatırladan O.Gündüzün sözlərinə görə, “Aztelekom” və “Baktelekom” kimi nəhəng dövlət operatorlarının, sektordakı digər kommersiya ilə məşğul olan dövlət MMC-lərin Holdinq idarəetməsinə verilməsindən sonra sektorda tənzimləyici dövlət qurumunun yaradılması qaçılmazdır.
“Bildiyim qədər NRYTN-da İKT sektorunun, bütövlükdə rəqəmsal sektorun inkişafı üçün daha münbit şəraitin yaradılması, daha effektiv və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması üçün ciddi işlər aparılır. Dünya təcrübəsində, elə qonşu ölkələrin təcrübəsində müxtəlif tənzimləmə formalarından istifadə ilə bağlı uğurlu nümunələr var.
Ümid edək bizdə də İKT sektorunun inkişafı üçün daha çevik və effektiv mexanizmlərə söykənən, daha müstəqil olan və kommersiya maraqları olmayan tənzimləyici dövlət qurumu formalaşdırılacaq”.
Ekspert düşünür ki, hazırda ölkədə rəqəmsal transformasiya sahəsində yeni yanaşmalar ortaya qoyulmalıdır.
“Bununla bağlı ilk növbədə konseptual bir sənədə, “Rəqəmsal Azərbaycan” Konsepsiyasına, Yol Xəritəsinə ehtiyac var. Təəssüf ki, hazırlanması ilə bağlı uzun müddət öncə göstərişlər verilsə də bir sıra digər konseptual sənədlər, “İnnovasiyaların inkişafı strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Konsepsiyası ”, “Elektron hökumətin inkişafı” dövlət proqramı , Regional elektron hokumət Konsepsiyası və s. sənədlərin layihələri hələlik ortaya çıxarılmayıb”.
Bu istiqamətdə daha çox ləngimələr müşahidə olunduğunu deyən AİF prezidetni qeyd edib ki, digər ölkələr, qonşu ölkələr də yatmayıblar və bu istiqamətdə çalışırlar:
“Düşünürəm ki, ölkədə rəqəmsal transformasiyaya təkan verə biləcək addımları sürətləndirmək çox vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay