BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10197

“Son günlər ölkənin nəqliyyat sektorunun idarəetməsində ciddi islahatlar aparılır. Korporativ idarəetməyə hazırlıq görülür, yeni tənzimləmə mexanizmləri yaradılır”.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Onun fikrincə, yaxın zamanlarda  telekommunikasiya və internet təminatı sahəsində də ciddi islahatların aparılacağını güman etmək olar. 

Rəşad Nəbiyevin nazir təyinatı zamanı bu istiqamətdə ilkin rəsmi mesajlar da verildiyini xatırladan O.Gündüzün sözlərinə görə, “Aztelekom” və “Baktelekom” kimi nəhəng dövlət operatorlarının, sektordakı digər kommersiya ilə məşğul olan dövlət MMC-lərin Holdinq idarəetməsinə verilməsindən sonra sektorda tənzimləyici dövlət qurumunun yaradılması qaçılmazdır.

“Bildiyim qədər NRYTN-da İKT sektorunun, bütövlükdə rəqəmsal sektorun  inkişafı üçün daha münbit şəraitin yaradılması, daha effektiv və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması  üçün ciddi işlər aparılır. Dünya təcrübəsində, elə qonşu ölkələrin təcrübəsində müxtəlif tənzimləmə formalarından istifadə ilə bağlı uğurlu nümunələr var.
Ümid edək bizdə də İKT sektorunun inkişafı üçün daha çevik və effektiv mexanizmlərə söykənən, daha müstəqil olan və kommersiya maraqları olmayan tənzimləyici dövlət qurumu formalaşdırılacaq”.

Ekspert düşünür ki, hazırda ölkədə rəqəmsal transformasiya sahəsində  yeni yanaşmalar ortaya qoyulmalıdır. 

“Bununla bağlı ilk növbədə konseptual bir sənədə, “Rəqəmsal Azərbaycan” Konsepsiyasına, Yol Xəritəsinə ehtiyac var. Təəssüf ki, hazırlanması ilə bağlı uzun müddət öncə göstərişlər verilsə də  bir sıra digər konseptual sənədlər, “İnnovasiyaların inkişafı strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Konsepsiyası ”, “Elektron hökumətin inkişafı” dövlət proqramı , Regional elektron hokumət Konsepsiyası və s. sənədlərin layihələri hələlik ortaya çıxarılmayıb”.

Bu istiqamətdə daha çox ləngimələr müşahidə olunduğunu deyən AİF prezidetni qeyd edib ki, digər ölkələr, qonşu ölkələr də yatmayıblar və bu istiqamətdə çalışırlar:

“Düşünürəm ki, ölkədə rəqəmsal transformasiyaya təkan verə biləcək addımları sürətləndirmək çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin