BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10015

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

İclası açan komitə sədri Bəxtiyar Əliyev hər il martın 31-də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin qurbanlarının yad edildiyini diqqətə çatdırıb.

O, ermənilərin azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin bu günlərə qədər davam etdiyini bildirib. Vurğulayıb ki, çoxlarımızın tarixi şahidi olduğu Xocalı soyqırımı da daxil olmaqla bütün bu qırğınlar xüsusi amansızlıqla həyata keçirilib. O, qeyd edib ki, azərbaycanlılara qarşı soyqırımlara daha ətraflı hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Bu istiqamətdə görülən işlərdən danışan komitə sədri 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın və Prezident İlham Əliyev tərəfindən imzalanmış “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın əhəmiyyətinə toxunub.

Mövzu ilə bağlı çıxış edən Elm və təhsil komitəsinin üzvləri - Ceyhun Məmmədov və Pərvin Kərimzadə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasətinin dəhşətlərinə və miqyasına diqqət çəkiblər.

Sonra Bəxtiyar Əliyev komitə üzvlərinə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. O, 2020-ci ilin sentyabrında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun tərkibinin yeniləndiyini və genişləndirildiyini, bu il yanvarın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun videokonfrans formatında görüşünün keçirildiyini qeyd edib. Komitə sədri bildirib ki, həmin görüşdə və ötən müddət ərzində parlament rəhbərinin tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla işçi qrupu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlayıb.

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib. Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.

İşçi qrupunun rəhbəri qeyd edib ki, ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib.

Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar - Eldar Quliyev və Etibar Əliyev hazırda təhsil sistemində mövcud olan bir sıra məsələləri dilə gətirərək yeni qanun layihəsində onların həllinin aydın və işlək mexanizmlərinin yaradılmasının vacibliyindən danışıblar.

Bəxtiyar Əliyev sənədin ilkin variantı üzrə təkmilləşdirmələrin, müvafiq təkliflərin daxil olmasının davam etdiyini qeyd edərək qanun layihəsi tam hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirəsinin keçiriləcəyini bildirib.

Onlayn iclasda komitə üzvləri – Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Anar İsgəndərov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak ediblər.

//Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin