Qiymətli kağızlar
08.10.2024 / 10:11
Qiymətli kağızların məsafədən ticarətinə başlanılacaq
56987
Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq.
Valyuta.az xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib.
"Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək", - deyə o qeyd edib.
Bundan başqa, Birja rəsmisi deyib ki, "yaşıl istiqraz" seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: "Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq".
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay