Qiymətli kağızlar
27.09.2024 / 11:18
Tədavüldə olan qiymətli kağızların həcmi 8 milyard manata çatıb
56375
Cari ilin birinci yarımili ərzində tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Məlumata görə, ötən ilin sonu ilə müqayisədə tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4.6% artaraq 8 mlrd. manata çatıb. Artımı şərtləndirən əsas amil dövlət istiqrazları olub.
2024-ci ilin birinci yarımili ərzində tədavüldə olan dövlət istiqrazlarının həcmi ötən ilin sonuna nisbətdə 11% (0.7 mlrd. manat) artaraq 7.1 mlrd. manata çatıb. Dövlət istiqrazlarının həcmi uzunmüddətli dövlət qiymətli kağızlarının emissiyası hesabına artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay