Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb
Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan ilk beynəlxalq dollar istiqraz buraxılışını tamamlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Milli Borc İdarəetmə Mərkəzinin məlumatında deyilir.
İstiqrazlar müxtəlif ödəmə müddətləri ilə üç tranşda yerləşdirilib: 6, 10 və 30 il.
Birinci tranşın dəyəri 2030-cu ildə ödəmə müddəti başa çatan altı illik istiqrazlar üçün 3,25 milyard dollar, ödəmə müddəti 2034-cü ildə başa çatan on illik istiqrazlar üçün ikinci tranşın dəyəri 4 milyard dollar, 2054-cü ildə vaxtı çatan otuz illik istiqrazlar üçün üçüncü tranşın dəyəri 4,75 milyard dollar olub.
Sənədə əsasən, Səudiyyə Ərəbistanının dollar istiqrazları üzrə sifarişlər kitabçası 2,5 dəfə çox olub və təxminən 30 milyard dollara çatıb.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay