Rusiyadan idxal olunan toyuq qiyməsi yararsız çıxdı - AQTA
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib
“Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsulu istifadəyə yararsızdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Valyuta.az-a bildirilib ki, qurumun müfəttişləri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı məhsula baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, AQTA tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay