BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    2.0054
  • RUB
    2.1663
  • TRY
    0.0427
  • GBP
    2.3364
48590

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda hazırlanan məhsulun istehlakı zamanı diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlanıb.

Valyuta.az xəbər verir ki, videoçarxda qeyd olunur ki, hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Buraya ilk növbədə dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi aiddir.

Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər - bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.

Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin, ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər iki saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət bir saata kimi qısalır.

Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda "1003 - Çağrı Mərkəzi"nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tacikistan Prezidenti ECO sammitində iştirak etmək üçün Azərbaycana yola düşüb

Bu sahələrdə çox sayda işçiyə ehtiyac var

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dondurma ixrac etdiyi ölkələr - Qiymətlər

Türk lirəsi bahalaşdı

Cəlilabadda yolların təmiri ilə bağlı tender ləğv edildi

"Ethereum" digər altkoinləri geridə qoyur

"Ethereum" digər altkoinləri geridə qoyur

Uğurlu iş ortaqlığı üçün 6 əsas prinsip - SƏHƏR OXUSU

Meta-nın çatbotları artıq istifadəçiyə özü yazacaq

Deputata məxsus olduğu deyilən şirkət 6 ayda 68,3 milyonluq sifariş alıb

6 min manat müavinəti kimlər və necə ala bilər?

Avropanın ən böyük şirkətləri Aİ-nin süni intellekt qanununa qarşı çıxır

Nazirlik 1,9 milyonluq idman invertarı alır

“Qarabağ Təminat Tikinti”nin vergi borcu 2 milyon manatı keçib

Banklardakı təhlükəsizliyimiz - Müştəri identifikasiyası nədir?

Şərab məsləhəti, pəhriz planı, dərin araşdırma – "OpenAİ" rəhbərləri "ChatGPT"ni gündəlik necə istifadə edir?

İcra hakimiyyətindən “FC Group”a yarım milyonluq sifariş

İcra hakimiyyətindən “FC Group”a yarım milyonluq sifariş

Sahil Babayev 500 milyon manatı banklara qoydu

Bakıdakı yeni park belə olacaq - VİDEO

Bu video yaradıcıları artıq "YouTube"da gəlir əldə edə bilməyəcək

Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı - Fotolar

Azərbaycanda bir ailənin gəliri belə hesablanacaq - QƏRAR

3 il əvvəl "yox" deyilib, indi CV-si yenidən qəbul edilmir - 3 ildə heç nə dəyişməyib?

Azərbaycanda bal bahalaşır

Azərbaycanda bal bahalaşır

Konstitusiya Məhkəməsinə gətirilən yeni hakimlər kimdir?

Agentlik 1,5 milyonluq təbliğat xidməti alır

Bağça təhsili harada pulsuzdur? - SİYAHI

Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin