BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Böyük Britaniyada 2,1 milyon funt-sterlinqə alıcısı tapılan şotland viskisi hərracda satılan ən bahalı içki olub. 

Valyuta.az xəbər verir ki, Londondakı "Sotheby's" hərrac evində satışa çıxarılan 1926-cı ilin istehsalı olan "Macallan" viskisi təxmin edilən qiymətdən iki dəfə baha satılıb. Bundan əvvəl "Sotheby's" viskinin 750 min funt-sterlinqə satılacağının gözlənildiyini açıqlamışdı. Hərrac evinin viski meneceri Conni Fovl satışdan əvvəl şüşədən çox kiçik bir damcı dadmağa icazə verildiyini söylədi. Viskinin çox zəngin tərkibə malik olduğunu ifadə edən Fovl, gözlənildiyi kimi içkidə bol ədviyyat, quru meyvə və ağac ləzzətlərinin hiss edildiyini söylədi.

"Macallan" 1926, 1986-cı ildə qablaşdırılmazdan əvvəl 60 il qaranlıq palıd çəlləklərində yetişdirilib ki, bu da öz rəngində əksini tapıb. Şotlandiyanın şimalındakı Moray bölgəsində "263" nömrəli çəlləkdə illərlə köhnəlmiş cəmi 40 şüşə viski istehsal edilib. Amma bunların heç də hamısı satışa çıxarılmayıb. Bəzi şüşələr brendin ən sadiq müştərilərinə təklif edilib. Əvvəllər onlardan biri 2019-cu ildə eyni hərrac evində 1,5 milyon funt-sterlinqə satılaraq indiyə qədər ən bahalı içki rekordunu qırmışdı. Hər iki hərracda şüşələri kimin aldığı açıqlanmayıb.

"Sotheby's" hərrac evi, 1926-cı ildə istehsal olunan 40 şüşənin müxtəlif üsullarla etiketləndiyini açıqlayıb. Şüşələrdən ikisinin heç bir etiketi olmayıb. Onlardan 14-nə brendin klassik "Fine & Rare" etiketi yapışdırılıb. 12-nin üzərində isə britaniyalı pop sənətçisi Peter Blake tərəfindən hazırlanmış etiketlər vurulub. Son satılan viski də daxil olmaqla 12 şüşənin etiketi italyan rəssamı Valerio Adami tərəfindən hazırlanıb. Adaminin hazırladığı etiketlərin yapışdırıldığı şüşələrdən neçəsinin salamat olduğu məlum deyil. Onlardan birinin 2011-ci ildə Yaponiyada baş verən zəlzələ zamanı qırıldığı, digərinin isə içildiyi güman edilir.

Elmir

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər