Naxçıvanda un üçün ayrılan subsidiya Vasif Talıbovun şirkətinə verilib
Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditini həyata keçirib.
Valyuta.az Palataya istinadən xəbər verir ki, qurum un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin etməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb.
Məlumatda həmçinin, satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib.
Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay