BAKU Azərbaycan
17.3°C
  • USD
    1.7
  • EUR
    1.9087
  • RUB
    2.0606
  • TRY
    0.0439
  • GBP
    2.2585
27910

Azərbaycanın qida sektorunun tanınmış şirkətlərindən biri olan “Delta Grup C.O.” MMC-nin (VÖEN – 1301479871) direktoru İlkin Şabanov şirkət rəyhbərliyindən getdiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, İlkin Şabanovun bu açıqlamasından sonra şirkətə yeni direktor təyin olunmayıb.

Məlumat üçün bildirək ki, “Delta Grup C.O.” MMC 22.10.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 20 milyon 3 min manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Zərifə Əliyeva, ev 93-də yerləşir.

Qeyd edək ki, hal-hazırda MMC-yə məxsus olan “delta-group.az” saytı işləmir. MMC-nin üzv olduğu “Caspian Energy Club”un saytında isə göstərilir ki, "Delta Qrup C.O." MMC 1999-cu ildə yaradılıb. Şirkət "Anchor", "Доярушка", "Molkerei Ammerlander", "Golden Cow", "Tibet", "Nordex Food", "NZMP", "Peros" kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. "Delta Qrup C.O." MMC-nin çörək, çörək məhsulları, (marka "Çörəkçi") un, qənnadı məmulatları ("BiSmak" markası) və makaron ("Odad" markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da "Delta Qrup C.O." MMC olub. Bu şirkətin sosial şəbəkə hesablarında da ötən ilin noyabr ayından etibarən heç bir yenilənmə aparılmayıb.

Xatırldaq ki, ötən ilin avqust ayında "Delta Qrup C.O." MMC yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS Food” MMC-nin yaradıldığını elan edib.

"Delta Qrup C.O." MMC-yə məxsus olan "Çörəkçi", “Bismak” kimi markalar ötən ilin sentyabr ayından etibarən “AST Food” MMC (VÖEN -1406129621) adlı şirkətə məxsus markalar kimi təqdim olunur. “ATS Food” MMC-nin “AgroTrade Supply” MMC-nin törəmə şirkəti olduğu bildirilir. Vergilər Xidmətinin reyestr məlumatlarında “AgroTrade Supply” MMC barədə məlumat yoxdur. “ATS Food” MMC-nin isə 08.09.2022-ci ildə - "Delta Qrup C.O." MMC-nin ikiyə parçalanmasından sonra 23 milyon 303 min manat nizamnamə kapitalı ilə yaradıldığı bildirilir. Şirkətin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr., ev 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Maşallah Saleh oğludur. Tağıyev Maşallah Saleh oğlu əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan şirkətlərdə rəhbər vəzifələrdə işləyib. Maşallah Tağıyev “Bank of Baku”nun Müşahidə Şurasının üzvü, həmçinin 2016-cı ildə dövlət qeydiyyatına alınan “GP SOY Processing” MMC-nin (VÖEN- 1503242161) direktoru olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qanunsuz gəlirlərlə qurulan imperiyalar - Dünyanın ən varlı cinayətkarları

​Telekanallara rəhbərlik edənlər kimlərdir? - Sadəcə biri xanımdır

Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı - FOTO

Biznesmenin “dilə düşən” danışığı

Bakıda ictimai nəqliyyatda ödəmə sistemində problem yarandı

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edildi

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edildi

143 milyonluq yeyintidə təqsirləndirilən idarə rəisinin cəzası azaldıldı

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi®

Sabah şimşək çaxacaq

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Orta aylıq əməkhaqqı 1 083 manat oldu

Azərbaycanda 1 730 nəfər "Green Card" qazandı

1 milyon manatlıq inşaat şirkətinə yeni sədr təyin ediləcək

İşəgötürən işçini cərimələyə bilərmi?

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Bakıda vətəndaşı xəbəri olmadan işə götürdülər

Azərbaycanda 2030-cu ilədək pulsuz evlər veriləcək

Azərbaycanda məşhur pivə biznesi satılır

Cənubi Koreya Azərbaycana yeni səfir təyin etdi

“PAŞA Bank” biznes kreditlərini bahalaşdırdı

Sürücülərin "Atəşgah” və “PAŞA Sığorta”dan şikayətləri səngimək bilmir - Yenə qırmızı zolaqda

Sürücülərin "Atəşgah” və “PAŞA Sığorta”dan şikayətləri səngimək bilmir - Yenə qırmızı zolaqda

Azərbaycanda hansı peşələrə ehtiyac çoxdur - SİYAHI

Bu şəxslərin akkreditasiyadan keçirilməsi qaydası təsdiqləndi

Marketinqdə "ucuz" və "baha"nın fərqi

Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır - Bu necə ola bilər? - AÇIQLAMA

Ailə büdcəsini necə hazırlamaq olar? – 6 qızıl qayda

Bakıda bu ərazidə söküntü aparılır - Yeni park salınacaq

Neftimizin qiyməti 68 dolları keçib

Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin