BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
23729

Dünya bazarında qəhvə bahalaşıb.

Bunu ilk növbədə qəhvənin vətəni olan Braziliyada qiymətlərin artması ilə izah edirlər.

Bu ölkədə qəhvə plantasiyaları ötən il baş vermiş quraqlıqdan, daha sonra isə şaxtadan böyük ziyan çəkib, odur ki, yerli fermerlərin bol məhsul yığmaq planları özünü doğrultmayıb. Son nəticədə əmtəə birjalarında qəhvəni qiyməti son 10 ilin rekordlarını qırmağa başlayıb. Belə ki, Braziliya qəhvəsinin bir funtunun dəyəri 2,58 ABŞ dollara qədər artıb, hazırda isə qiymət 2,23 ABŞ dolları olmaqla sabtlləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% artım deməkdir.

Braziliya ilə yanaşı, digər aparıcı qəhvə ixracatçısı olan Kolumbiyada da plantasiyalar pis hava şəraitindən əziyyət çəkib. Bu ölkədə təsərrüfatların bir hissəsində məhsuldarlığın iki dəfə azala biləcəyi gözlənilir. Kolumbiyada qəhvə istehsalı, alqı-satqısı və ixracı ilə məşğul olan fermerlərin bir hissəsini birləşdirən "Minasul" kooperativi 2022-ci ildə istehsalın ümumi həcminin 1 milyon paketə qədər azalacağını gözləyir.

Qəhvəni bahalaşdıran təkcə qıtlıq deyil. Bu amillərə həm də dünyada logistikada sahəsində yaranmış çətinliklər - daşınma xərclərinin artması aiddir. Beynəlxalq Qəhvə Təşkilatının hesablamalarına görə, bu içkiyə qlobal miqyasda tələb təklifi üstələyə bilər. Son nəticədə bütün ölkələrdə, o cümlədən Azərbaycanda qəhvə bahalaşa bilər. Bunu "Report"a açıqlama verən, Azərbaycandakı kofeşopları qəhvə ilə təmin edən şirkətin mütəxəssisi Samir Quliyev istisna etmir: "Biz dünya birjalarındakı qiymətə uyğun olaraq qəhvə alırıq. Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq".

Onun sözlərinə görə, hazırda Azərbaycana iki növ qəhvə tədarük edirlir: "Biri brend markall mağazalarda satışda olan qəhvədir. Digəri isə “Special coffe” adlanır. Belə məhsulların üzərində qəhvə ilə bağlı məlumat olur. Qəhvə hansı fermada yetişdirilib, necə emal olunub, qovurma tarixi, ağacın hündürlüyü nə qədər olub və.s. Bu məlumatlar varsa, deməli xüsusi qəhvə növü sayılır. Bu məhsulların qiyməti yüksək olur, kioqramı 40 manatdan başlayır. Qəhvə ağacının hündürlüyü nə qədər çoxdursa, məhsulu o qədər də baha olur. Yəni standart bir qiymət yoxdur. Hər dəfə fərqli ola bilər. Son vaxtlar logistikada da problem olduğu üçün qiymət bir az arta bilər. Hazırda Biz Almaniyadan qəhvə alırıq. Bizə oradan qəhvə meyvəsinin içindəki tum gəlir. Biz o tumu qovururuq. Sonra da paketləmə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin