Redaktor
Yeni strategiya: Bütün "iPhone" modelləri eyni gündə təqdim olunmayacaq
"Apple" hər il dörd fərqli "iPhone" modelini eyni tədbirdə təqdim etməsi ilə tanınır. Lakin yayılan son məlumatlara görə, bu ənənə 2026-cı ildən etibarən dəyişəcək.
Valyuta.az xəbər verir ki, "Apple" həvəskarlarını maraqlı yeniliklər gözləyir. Artıq hər payız mövsümündə dörd model arasında seçim etmək yerinə, istifadəçilər həm yazda, həm də payızda təqdim olunan üç model arasında seçim etməli olacaqlar.
"The Information" nəşrinin yaydığı məlumata əsasən, "Apple" 2026-cı ildə təqdim ediləcək "iPhone 18" seriyası ilə birlikdə təqdimat dövriyyəsini dəyişdirməyi planlaşdırır.
Adı açıqlanmayan üç tədarük zənciri mənbəsinə istinadən bildirilib ki, bahalı modellər əvvəl satışa çıxarılacaq. Yəni “Pro” modelləri payızda təqdim olunmağa davam edəcək, standart modellər isə növbəti ilin yazına təxirə salınacaq. Əgər hesabat doğru çıxarsa, Apple 2026-cı ilin payızında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və potensial olaraq qatlanan "iPhone" modelini təqdim edəcək. Daha sonra, 2027-ci ilin yazında isə “iPhone 18” baza modeli, “iPhone 18 Slim” və “iPhone 18e” təqdim olunacaq.
Bu yeni strategiya ilə "iPhone" istifadəçiləri ən son modeli almaq istəyirlərsə, sentyabrda daha baha qiymətə təqdim edilən modelləri seçməli olacaqlar. Daha münasib qiymətli modelləri gözləyənlər isə altı ay gözləməli və artıq texniki baxımdan bir qədər köhnəlmiş modelləri əldə etməli olacaqlar.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025