Yeni qaydalar taksi xidmətində bahalaşmaya səbəb olacaq? - RƏSMİ

Redaktor

19.10.2025 07:00
290

Yeni qaydalar taksi xidmətində bahalaşmaya səbəb olacaq? - RƏSMİ

"Qanunvericiliyin tələblərinə uyğun olaraq, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyət tətbiq ediləcəyi barədə 60 gün öncədən məlumat verilməlidir".

Valyuta.az İTV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib.

Onun sözlərinə görə, taksi fəaliyyəti üçün buraxılış vəsiqələri və buraxılış kartlarının verilməsi 31 dekabra qədər davam edəcək. Bu qərar 1 noyabr tarixindən qüvvəyə minir.

Tural Orucov bildirib ki, növbəti illərdə istehsal tarixindən 15 il keçmiş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bu səbəbdən köhnə nəqliyyat vasitələrinin, xüsusən 2011-ci il istehsalı olan avtomobillərin müvafiq müddət ərzində yenilənməsi tövsiyə olunur.

O əlavə edib ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı və sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır:

"Hazırda taksi fəaliyyəti üçün 35 min aktiv icazə mövcuddur. Gün ərzində bunlardan yalnız 22-23 min avtomobil xidmət göstərir. Yəni bazara 25 min kvota tətbiqi çatışmazlıq yaratmayacaq. Əksinə, peşəkar əmək bazarı formalaşacaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyəti yüksələcək".

Tural Orucov qeyd edib ki, limit yalnız nəqliyyat vasitələrinin sayına tətbiq olunacaq və sürücülərin iş yerlərinə təsir göstərməyəcək.

©Oxu.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Məzənnə

Yüklənir...