Redaktor
Səbəbsiz işdən uzaqlaşdırılan işçilər - Səbəb nədir? - EKSPERT
Bəzən işə qəbul zamanı xoşagəlməz hallar yaranır. Belə ki, iş axtaran müsahibəyə çağırılır, müsahibə normal keçir. Bir müddət sonra işçiyə işə qəbul olunduğunu bildirirlər. 1- 2 gün sonra işçiyə zəng gəlir ki, işə qəbul olunmayıb. Bu nə dərəcədə doğrudur? Şirkətlər hansı hallarda bu üsuldan istifadə edir?
"HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, işə qəbul və işdən azad edilmə prosesində bəzi şirkətlərin qeyri-rəsmi yanaşmaları həm hüquqi boşluqlar yaradır, həm də müəssisənin nüfuzuna zərbə vurur: "Məsələn, namizədə telefonla işə qəbul edildiyi bildirilsə də, bir neçə gün sonra yenidən əlaqə saxlanılaraq onun işə başlamaması və ya artıq işdən çıxarıldığı deyilir. Halbuki həmin namizəd artıq əvvəlki işindən ayrılıb və yeni iş üçün hazırlıq mərhələsindədir".

Qanunvericilikdə tənzimləməsi çətin situasiyalardır
Ekspertin sözlərinə görə, bu cür halların qanunvericiliklə tənzimlənməsi çətindir: "Ortada hüquqi sənəd – əmək müqaviləsi olmur, bu kimi hallar yaşandıqda işçi çətin vəziyyətdə qalır. Lakin əgər şəxs işə başlayıbsa və müqavilə imzalanıbsa, o zaman işçi artıq hüquqi status qazanır və əmək münasibətlərinə rəsmi şəkildə daxil olur".
İşdən uzaqlaşdırma prosesi rəsmi qaydada olmalıdır
İ.Mirzəzadə qeyd etdi ki, işçinin işdən çıxarılması sınaq müddətində baş versə belə, bu proses rəsmi sənədlə və əsaslandırılmış qaydada aparılmalıdır. Şirkət işçiyə yazılı xəbərdarlıq verməli, qərarın səbəbləri barədə aydın və hüquqi izah təqdim etməlidir. Əks halda, sadəcə zənglə edilən xəbərdarlıqla işdən uzaqlaşdırma nə etik, nə də hüquqi baxımdan doğru sayılır".
Şirkətlər hansı hallarda bu üsuldan istifadə edir?
İ.Mirzəzadə sonda bildirdi ki, burada müxtəlif səbəblər ola bilər: "Rəhbər işçini işə aldıqdan sonra düşünə bilər ki, bəlkə də işçi lazım deyildi, amma bu qeyri-peşəkarlıqdır. Yaxud da daxildən işi kimlərəsə həvalə edə biləcəklərini düşünüb, yeni gələn işçini işdən uzaqlaşdırırlar. Bəzən də işçini bəyənməyib, üzünə deməmək üçün bu kimi üsullara əl atırlar. Amma hər bir halda bu nə korporativ standartlara uyğun gəlir, nə də etik addımdır".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025