Redaktor
Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır
"Nissan", mənfəət əldə edə bilmə səylərinin bir hissəsi olaraq ABŞ-dəki zavodlarında istehsalı azaldır və zavod işçilərinə təzminatlarını alaraq işdən çıxmaları təklifini irəli sürür.
Valyuta.Az xəbər verir ki, bu addım, "Nissan Motor Corp."un iki ay əvvəl elan etdiyi və Çin də daxil olmaqla, qlobal miqyasda 9.000 nəfərin işdən çıxarılmasını nəzərdə tutan planın bir hissəsi kimi qiymətləndirilir. Şirkət, satışların azalması və anbarlardakı artan məhsullar səbəbindən yaranan zərərdən sonra yenidən qurulma qərarı almışdı.
"Nissan"ın Tennessi ştatının Smirna şəhərindəki zavodunda istehsal xətlərindən biri iki növbədə fəaliyyətini davam etdirəcək, digər xətt isə tək növbəyə birləşdiriləcək. Smirna zavodu "Murano", "Pathfinder" və "Rogue" idman avtomobilləri, eləcə də "Infiniti QX60" lüks modelini istehsal edir. Missisipidə "Altima" sedan və "Frontier" pikap istehsal edən Kanton zavodunda "Nissan" bir xəttin istehsal sürətini azaldır və digərlərini birləşdirir. Tennessi ştatının Deçerd şəhərində mühərrik istehsal edən zavodda isə növbə tənzimləmələri daha mərhələli şəkildə həyata keçiriləcək. Bəzi sahələr qorunacaq, digərlərində isə bir növbə azaldılacaq.
Qlobal istehsal gücü 20% azalacaq...
"Nissan" noyabr ayında bərpa planını elan edərkən, ixtisarların konkret olaraq harada həyata keçiriləcəyi barədə təfərrüatlar verməmişdi. 9.000 nəfərlik ixtisar, şirkətin 133.000-dən çox qlobal işçisinin təxminən 6%-nə bərabərdir. Şirkət, eyni zamanda, qlobal istehsal gücünü 20% azaltmağı planlaşdırır.
“Nissan” 9 min işçisini ixtisar edir
Yaponiyanın Yokohama şəhərində yerləşən "Nissan", son təkliflərin ümumi ixtisar planlarına daxil edildiyini və əməliyyatlarını daha səmərəli və çevik hala gətirmək məqsədilə hazırlandığını bildirib. Şirkət açıqlamasında, "Nissan performansını yaxşılaşdırmaq və bazardakı dəyişikliklərə sürətlə uyğunlaşa bilən daha çevik, daha dayanıqlı bir biznes yaratmaq üçün qlobal səviyyədə təcili tədbirlər görür" ifadələrinə yer verib.
"Nissan", oktyabr-dekabr ayları üzrə maliyyə nəticələrini 13 fevralda açıqlamağa hazırlaşır. Şirkətin ABŞ-dəki planları ilə bağlı xəbərlərin yayılmasından sonra "Nissan"ın səhmləri Tokio birjasında 2% artıb.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025