Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi<span style="color:#ff0000">&reg;</span>

Redaktor

03.04.2025 14:17
258

Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi®

Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.

1. Müsabiqənin istiqamətləri

“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:

Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;

Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;

Logistikanın inkişafı və şəbəkə marketləri;

Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;

Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;

İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;

AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;

Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;

Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;

Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;

Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;

Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

2. Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

• I yer – 3 nəfər – hər biri 1500 manat

• II yer – 3 nəfər – hər biri 1000 manat

• III yer – 3 nəfər – hər biri 800 manat

• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat

Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.

3. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;

• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

• İfadə vasitələrinin zənginliyinə;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə;

• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.

4. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;

- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimatda yer almalıdır:

• Müsabiqə yazısı (“Word” faylında, imzasız);

• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;

• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları info@presscouncil.az elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...