Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur

Redaktor

12.11.2025 17:32
214

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssisi Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib. 

Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul şəxs olduğunu təsdiq edən sənədini göstərməsinin vacib olduğunu deyib.

İsfəndiyar Axundovun vəkili isə buna etiraz edib. Müdafiəçinin sözlərinə görə, müvəkkilinin səhhətində problem var, məhkəmə uzandığı üçün xaricə gedib daha yaxşı müalicə ala bilmir.

Maraqlı və ziddiyətli olan isə budur ki, Şərurlu İsfəndiyarın səhhətində problem olmasından özünün xəbəri yoxdur. Belə ki, prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bunları dedi: “Əşi səhhətimdə problem yoxdur, yaxşıyam. Xaricə zada da getmək istəmirəm. Vəkilim nəsə deyibsə, onun özündən soruşun”.

Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?

05.12.2025

Məzənnə

Yüklənir...