Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi

Redaktor

27.03.2023 18:45
2,956

Vasif Talıbovun adamı daha bir vəzifəsini itirdi

“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib. 

Qaynarinfo xəbər verir ki, Əsədulla İsgəndərov həm də “Naxçıvanbak” ASC-nin Müşahidə Şurasının sədri idi. Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən çıxarıldıqdan bir neçə gün sonra Əsədulla İsgəndərov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədrliyindən, Baharxanım Talıbova isə Müşahidə Şurasının üzvlüyündən istefa verib. 

Baharxanım Talıbova Vasif Talıbovun qızıdır. Bəzi iddialara görə, o, həm də bankın səhmdarlarından biri olub. 

Əsədulla İsgəndərovun “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləməsi onun Vasif Talıbova yaxın olması ilə izah edilir. 

Bu arada qeyd edək ki, “Naxçıvan Sığorta” ASC-nin səhmlərinin 100 faizi “Naxçıvanbak” ASC-yə məxsusdur. Nəzərə alsaq ki, sözgedən bank Vasif Talıbovun nəzarətində olub, bu halda “Naxçıvan Sığorta” ASC-nin keçmiş sədrə bağlı olduğunu söyləmək olar. Güman ki, Əsədulla İsgəndərovun ASC-nin Direktorlar Şurası vəzifəsindən uzaqlaşdırılması ilə bu şirkət də Vasif Talıbovun əlindən çıxıb.

Qeyd edək ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...