Redaktor
Türkiyəli müğənni lirəyə görə Bakıda səhnəyə çıxmadı - Azərbaycanda qanun nə deyir?
Bu gün Bakının tanınmış restoranlarından birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer konsertdən imtina edib. Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edərək səhnəyə çıxmamasının səbəbini izah edib.
Onun sözlərinə görə, Azərbaycanda Türkiyə lirəsinin keçərli olmaması qərarına təsir göstərib:
“Bu gün Bakıda konsertimiz olacaqdı. Bir gün əvvəl şəhəri gəzmək üçün gəlmişdim. Məkanla bağlı heç bir problem yoxdur - çox gözəl qarşılandıq, möhtəşəm insanlardır. Amma konserti ləğv etmək məcburiyyətində qaldıq. Mən türk lirəsinin keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbiləşməyin. Anlayış göstərin”.
Bəs xarici vətəndaşlar Azərbaycanda alış-veriş edərkən nələri bilməlidir?
Mövzuya münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında qeyd edib ki, xarici valyutaların alış-verişdə istifadəsi ilə bağlı dünyada vahid beynəlxalq standart mövcud deyil:
“Hər ölkə bu məsələləri öz qanunvericiliyi çərçivəsində tənzimləyir. Məsələn, ABŞ-da belə bir məcburiyyət yoxdur ki, alış-veriş yalnız dollarla aparılsın. Orada istəyə bağlı olaraq xarici valyutalar da qəbul edilə bilər. Lakin faktiki olaraq alış-veriş dollarla edilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bu məsələ qanunvericiliklə dəqiq şəkildə tənzimlənir:
“Azərbaycan Mülki Məcəlləsinə əsasən, ölkədə alış-veriş yalnız milli valyutamız - manatla həyata keçirilə bilər. Bu halda xarici vətəndaş ya valyutasını manata dəyişməli, ya da kart vasitəsilə ödəniş etməlidir. Konsertin bu səbəblə ləğvi isə olduqca təəccüblüdür. Şəxsən mən belə bir hadisə ilə indiyədək rastlaşmamışam”.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025