Turizm Agentliyi stend quraşdırılmasını yenə eyni şirkətə tapşırdı

Redaktor

09.03.2025 10:55
2,266

Turizm Agentliyi stend quraşdırılmasını yenə eyni şirkətə tapşırdı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 04-06 mart 2025-ci il tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilən “İTB Berlin 2025” turizm sərgisində iştirak edib.

Valyuta.Az xəbər verir ki, sözügedən sərgidə sərgi stendinin quraşdırılması ilə bağlı Agentliklə "Smartexpo" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən, sərgi stendinin quraşdırılması müqabilində Agentlik MMC-yə 188.623 AZN ödəməyi öhdəsinə götürüb.

Araşdırmalarımız zaman məlum olub ki, bu MMC-nin Turizm Agentliyi üçün ilk stend quraşdırması deyil. MMC ilə Agentlik arasında öncələr də dəfələrlə stend quraşdırılması ilə bağlı müqavilələr imzalanıb. Yuxarıda qeyd etdiyimizlə birlikdə toplamda 11 müqavilə.

"Smartexpo" MMC Turizm Agentliyinin 

- 2022-ci ilin 22-24 may tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində;

- 2023-cü ilin 23-25 may tarixlərində Almaniyanın Frankfurt şəhərində;

- 2023-cü ilin 15-17 noyabr tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində;

- 2024-cü ilin 6-9 fevral tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində; 

- 2024-cü ilin 5-7 mart tarixlərində Almaniyanın Berlin şəhərində; 

- 2024-cü ilin 14-17 mart tarixlərində Avstriya Respublikasının Vyana şəhərində;

- 2024-cü ilin 16-18 may Çin Xalq Respublikasının Quançjou şəhərində;

- 2024-cü ilin 26-29 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində;

- 5-7 fevral 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində;

- 19-21 fevral 2025-ci il tarixlərində Hindistanın Yeni Dehli şəhərində keçirilən sərgilərdə stend quraşdırmasını da həyata keçirib. 

Bu xidmətlərin qarşılığında  Agentlik MMC-yə 

- Ər-Riyad şəhərindəki sərgi üçün 249.595,96 AZN,
- Frankfurtdakı sərgi üçün 194.645,72 AZN,
- Pekindəki sərgi üçün 99.432,7 AZN,
- 2024-cü ilin 6-9 fevral tarixlərində İstanbuldakı sərgi üçün 75.912,94 AZN, 
- 2024-cü ilin 5-7 mart tarixlərində Berlindəki sərgi üçün 215.114 AZN, 
- Vyanadakı sərgi üçün 141.651,92 AZN, 
- Quançjou şəhərindəki sərgi üçün 135.405 AZN, 
- Tokiodakı sərgi üçün 173.955,6 AZN, 
- ötən ay İstanbulda keçirilən sərgi üçün 59.696,2 AZN, 
- Yeni Dehlidəki sərgi üçün 97.331,12 AZN ödəyib. 

Qeyd edək ki, "Smartexpo" MMC 18 aprel 2018-ci ildə təsis edilib. Şirkət 10 AZN nizamnamə kapitalına sahibdir və qanuni təmsilçisi İsmayılov Kənan Əli oğludur. MMC Bakı şəh. Xətai ray. General Səməd bəy Mehmandarov ev.16 m.83 ünvanında qeydiyyatdadır.

Dövlət Turizm Agentliyinin Sədri Fuad Hümbət oğlu Nağıyevdir. O, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 aprel tarixli sərəncamına əsasən bu vəzifəyə təyin edilib.

Bir neçə gün öncə isə Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Xəbər verdiyimiz kimi, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Daha sonra isə Fuad Nağıyev və qurumda işləyən bir sıra şəxslər istintaqa cəlb edilib.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Məzənnə

Yüklənir...