Tarixin ən ölümcül 7 təyyarə qəzası

Redaktor

25.12.2024 14:55
1,471

Tarixin ən ölümcül 7 təyyarə qəzası

Statistikalara görə, ən təhlükəsiz səyahət hava yoludur. Amma nadir də olsa, hava yolu ilə olunan səyahətlər zamanı da qəzalar baş verir. Bu qədər sərnişin daşıması, qəzalarda bu qədər insanın ölməsi təyyarə qəzalarını vahiməli edir.

Valyuta.az təyyarə qəzalarının ən ölümcül olanlarının bəzilərini təqdim edir:

22 avqust 2006-cı il

“Tu-154” modelli təyyarə 3 000  metrdə turbulentliyə tutulub. Təyyarələrin tez-tez qarşılaşdığı bir vəziyyət olan turbulentlikdən xilas olmaq üçün mübarizə aparılıb və siqnallar göndərilib. Ancaq səylər nəticə verməyib və “Ukrayna Hava Yollar”ına məxsus təyyarədə olan 170 nəfər  həyatını itirib.

25 may 1979-ci il

1970-1980-ci illərdə çoxlu təyyarə qəzaları olub və bugünkü təhlükəsizlik tədbirləri o dövrdə baş verənlərdən alınan dərslərlə hazırlanıb. Həmin illərdən daha bir qəza ABŞ-ın Çikaqo şəhərində baş verib. Havaya qalxdıqdan dərhal sonra “American Airlines” şirkətinə məxsus “DC-10” tipli təyyarənin sol mühərriki lazımi texniki prosedurlar aparılmadığı üçün sıradan çıxıb və təyyarə yerə çırpılıb. Nəticədə 273 nəfər həlak olub.

19 avqust 1980-ci il

“Səudiyyə Ərəbistanı Hava Yolları”na məxsus təyyarə Ər-Riyaddan havaya qalxıb, lakin yük anbarında yanğın başladığı üçün 6 dəqiqə sonra hava limanına qayıdıb. Təyyarə uğurla yerə enib, lakin yanğın böyüyüb. Pilotlar mühərriklərinin dayandığını düşünsələr də, belə olmayıb. Görülən səylər nəticəsində mühərriklər dayandırılsa da, artıq gec olub. Təcili çıxış qapıları açılmayanda “Lockheed l-1011-200” tipli təyyarədə olan 287 sərnişin və 14 ekipaj üzvü daxil olmaqla 301 nəfərin hamısı həyatını itirib.

23 iyun 1985-ci il

“Boeing 747-237B” model “Air India” təyyarəsi ilə baş verənlər Lokerbi faciəsində baş verənlərə çox bənzəyir. Toronto-Monreal-London-Dehli reysi ilə uçurdu. İrlandiya üzərində uçarkən terrorçuların yerləşdirdiyi bomba partlayıb və təyyarədə olan 329 nəfərin hamısı həyatını itirib. Bu qədər insanın ölməsinə səbəb təyyarənin çox böyük olması olub.

İki təyyarə havada toqquşub - 12 noyabr 1996-cı il

Bu qəza ən maraqlı qəzalardan biridir. 349 adamın həyatını itirdiyi bir təyyarənin havada toqquşması çox uzaq bir ehtimal idi. “Səudiyyə Ərəbistanı Hava Yolları”na məxsus “Boeing 747” və  “Qazaxıstan Hava Yolları”na məxsus “İlyushin 76” model təyyarələri havada toqquşub. Buna səbəb təyyarədəki pilotların ingiliscə çox yaxşı danışa bilməmələri və qüllədən gələn məlumatları səhv eşitmələri olub. Nəticədə bu dəhşətli qəza baş verib.

12 avqust 1985-ci il

“Japan Airlines”ın  başına gələn bu qəza tarixdə 2-ci ən ölümcül qəza olub. “Boeing 747SR” model təyyarəsi Tokiodan havaya qalxaraq Osakaya doğru hərəkət edib. O, havaya qalxdıqdan 44 dəqiqə sonra Takamagahara dağına çırpılıb. Qəzaya səbəb texniki xidmətin düzgün aparılmaması olub. İllər əvvəl təyyarə uçuş zamanı quyruğunu qırdıqdan sonra texniki xidmətə götürülüb. Qapalı yer tək pərçimlə bərkidilməli idi, ancaq bir pərçimlə bərkidilib, nəticədə bir müddət sonra həmin hissə uçuş zamanı qoparaq quyruğu kəsilib və təyyarənin qəzaya uğramasına səbəb olub. 15-i ekipaj üzvü olmaqla 520 nəfər ölüb, 4 nəfər sağ qalıb.

Tenerife faciəsi - 27 mart 1977-ci il

Rabitə çatışmazlığından yaranan qəzada uçuş-enmə zolağında iki təyyarə toqquşub. Dumanlı havada baş verən qəzada “KLM” və “Pan Am” şirkətləri iştirak edib. “KLM” təyyarəsi planlaşdırılmamış şəkildə Tenerife hava limanına enib və təyinat yerinə vaxt itirməmək üçün Tenerifedə yanacaq doldurub. “Pan Am” təyyarəsi uçuş-enmə zolağından qalxmaq üzrəykən sıx duman səbəbindən iki təyyarə bir-birini görməyib. “KLM” pilotları “Pan Am” təyyarəsini çox qısa məsafə olanda görüb tez havaya qalxmaq istəsələr də, cəhdləri boşa çıxıb. İki “Boeing 747” təyyarəsi toqquşub və 583 nəfər ölüb. Mütəxəssislərin fikrincə, “KLM” təyyarəsi Tenerifedə yanacaq doldurmasa tez qalxa bilərdi və qəza baş verməzdi.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...