Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

Redaktor

28.11.2024 11:30
381

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir. Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur. Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır.

Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır. Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.

Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır? Bunun üçün hansı addımlar atılmalıdır?

"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var:

"Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir. Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın.

Taksi sürücülərinin mövqeyindən yanaşanda görürük ki, onlar əvvəlki qaydada işləmirlər. İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar. Əvvəl 11 min, 12 min dəyərindəki “Prius”la işləyirdilər. İndi 25-30 minlik təzə avtomobillərlə xidmət göstərirlər. Bunu onlardan dövlət tələb etdi ki, köhnə maşınla taksi sürmək olmaz. Amma əvəzində şərait yaradılmalıdır”.

Qiymət məsələsinə gəlincə, Elməddin Muradlı bildirib ki, ilk iş bunun tənzimlənməsi olmalıdır:

“Qiymətlərin aşağı həddi müəyyənləşdirilib. 2 manat 50 qəpikdən ucuz məbləğ ola bilməz. Bu, qanunla qadağandır. Şirkətlər qarşısında bu, tələb kimi qoyulub. Onlar da həmin qiymətdən aşağı sürücüyə sifariş vermirlər. Amma yuxarı həddlə bağlı narazılıqlar qalır. Sürücülər deyir ki, uzaq məsafəyə 3-4 manata gedirlər və bu qiymət onları qane etmir. Zənnimcə, indi əsas müzakirə mövzusu problemin necə həll olunmasıdır. Qiymətin aşağı-yuxarı həddi necə olmalıdır ki, heç bir tərəf narazı qalmasın”.

“Bu ciddi şəkildə araşdırılmalıdır”

Ekspertin bununla bağlı konkret təklifləri də var:

“Qiymətlərin aşağı-yuxarı həddi müəyyənləşdirilməlidir. 1 kilometrin məbləği nə qədər olmalıdır? 10, 50 kilometrdən sonra məbləğ necə hesablanmalıdır? Gecə-gündüz, pik saatlar, bayram günlərinə uyğun tariflər necə olmalıdır? Bu suallara cavab tapılmalıdır. Bu, dünya təcrübəsində də var. Bizdə isə bu məsələ açıq qalıb.

Görünür, şirkətlər də, sürücü və sərnişinlər də bu boşluqdan istifadə edir. Qiyməti bilirik, şirkət müəyyənləşdirir. Şürücü özündən qiymət demir. Ona göstəriş gəlir ki, sərnişini bu ünvandan filan ünvana apar. O da əməl edir. Amma nəyə görəsə gedib mənzil başına çıxandan sonra qiymət dəyişir. Bu dəyişikliyin səbəbi nədir, bu kimin ideyasıdır, kimin düşüncəsidir? Bu, ciddi şəkildə araşdırılmalıdır və bu narazılıqlara aydınlıq gətirilməlidir. Əgər dediyim kimi, yuxarı-aşağı hədd müəyyənləşərsə, məsələ öz həllini tapa bilər.

Mən bu haqdakı fikirlərimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının iclaslarında da deyirəm.  Ümid edirəm, tezliklə məsələnin bu formada həllinə nail ola biləcəyik”.

“Əvvəlki kimi 3 manata taksi olmayacaq”

Ekspert onu da qeyd edib ki, bu məsələlərin tənzimlənməsində sərnişinlər qədər sürücülər də maraqlıdır:  “Sərnişinlər bunu qəbul etməlidirlər ki, bu adamlar əvvəlki dövr sürücüləri kimi deyil. Onlar çətin sınaqlardan, sürücü-təlim mərkəzlərindəki ciddi təlimlərdən keçiblər. DİM-də imtahan veriblər. Bu yerə gələnə qədər nə qədər maddi vəsait xərcləyiblər. Ona görə də əvvəlki kimi 3 manata taksi olmayacaq.

Əslində, heç əvvəllər də belə olmayıb. Bu, pandemiya dövrünün bir fəsadı oldu ki, biz bunu yaşadıq. Taksi bazarında xaotik vəziyyət yarandı. Xarici şirkətlər bazara daxil oldu və ortaya belə bir mənzərə çıxdı. İndi də qarşısını ala bilmirlər. İnsanlar da elə zənn edirlər ki, elə belə də olmalıdır. Taksi xidməti bundan ibarətdir. Xeyr, bu, belə deyil. Ona görə də xidmət sahəsində normal tənzimlənmə işi aparılmalıdır. Əgər tənzimlənmə olmasa, bu problemlər davam edəcək”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Məzənnə

Yüklənir...