Su marketlərdə 40, köşklərdə 80 qəpik - Köşklər niyə bahadır?

Redaktor

14.10.2025 07:15
399

Su marketlərdə 40, köşklərdə 80 qəpik - Köşklər niyə bahadır?

Təcili nəsə almaq lazım olanda, yol keçəndə üz tutduğumuz yerlərdən biri də köşklərdir. Lakin burada məhsullar eyni olsa da, qiymətləri daha fərqli - baha olur. Məsələn, marketdən 45 qəpiyə aldığımız su köşklərdə 80 qəpiyə satılır.

Köşklərdə məhsulların baha satılmasının əsaslı səbəbləri varmı? Niyə köşklər məhsulları baha qoyur?

Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, köşklə supermarketin biznes modeli fərqlidir:

“Supermarketdə hər şey var. Supermarketlər qazanclarını çoxlu satışdan əldə edir. Hər məhsulun üzərinə kiçik marja qoyur və qazancını dövriyyədən götürür. Amma köşklərdə isə biznes modeli fərqlidir. Köşklər az-az satıb daha çox qazanmaq istəyir. Çünki bilir ki, onun müştərisi supermarketə girən müştəri deyil, onun müştərisi təsadüfən, təcili lazım olanda alış edən müştəridir. Yəni, məsələ fərqli biznes modellərinin olmasıdır. Köşklər az satıb, satdığından daha çox qazanmaq istəyir. Supermarketlərdə isə davamlı, dayanıqlı və çoxlu satışla pul qazanmaq məqsəd qoyulur. Məsələn, köşkdə gün ərzində 10 su satılırsa, supermarketdə 150-200 və ondan çox satılır”.

Ekspertin sözlərinə görə, həm köşkün, həm də supermarketin özünəxas xərcləri var:

“Köşk əlçatan olduğuna görə, əsasən sürətli alış-verişlər üçün nəzərdə tutulur. Biznes modelləri fərqlidir və bizi heç kim məcbur etmir ki, gedib köşkdən nəsə alaq. Dünyanın hər yerində də bu belədir. Köşklər və turistlik məkanlardakı satış nöqtələri supermarketlərlə müqayisədə daha bahalı olur”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Məzənnə

Yüklənir...