Redaktor
Stiv Cobs ən yaxşı işçiləri digərlərindən necə seçirdi?
1979-cu ildə “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobbs “Xerox PARC”ı (Palo-Alto Tədqiqat Mərkəzi) ziyarət edib. Bu səfər onun ideal əməkdaş barədə təsəvvürlərini dəyişib.
Valyuta.az xəbər verir ki, bu barədə Inc.com yazır.
“Ən yaxşı mütəxəssislərimizi bir araya gətirdim və onlara qrafik interfeys üzərində işləməyi tapşırdım. Problem ondadır ki, “Hewlett-Packard”dan işə götürdüyümüz bir qrup əməkdaş bu ideyanı anlamadı. Ekranın aşağısında proqram düymələri yaratmağın ən yaxşı həll olduğunu düşünənlərlə sərt mübahisələrimi xatırlayıram. Onların proporsional şriftlər barədə təsəvvürü yox idi. Siçan haqqında da anlayışları yox idi”, deyə Cobbs müsahibələrindən birində danışıb.
“Apple”ın həmtəsisçisi əlavə edib ki, həmin dövrdə çoxlu skeptiklər siçanın hazırlanmasının beş il çəkəcəyini və istehsalının 300 dollara başa gələcəyini iddia edirdi. O, nəticədə “David Kelly Design”a müraciət etdiyini və cəmi 90 gün ərzində şirkətin 15 dollara istehsal edə biləcəyi "siçan"ın hazırlandığını bildirib.
“Apple”da bu ideyanı reallaşdıra bilən insanlar yox idi. Əsas komanda vardı, amma daha böyük komanda bunun nə olduğunu heç cür anlamırdı”, deyə Cobbs vurğulayıb.
Onun sözlərinə görə, bir çox böyük şirkətlərdə mürəkkəb işin böyük hissəsini görən və bunu yüksək səviyyədə edən öz “superulduzları” olur.
“Mən müəyyən etdim ki, ən yaxşı insanlar işin mahiyyətini doğrudan da anlayanlardır. Onları idarə etmək çox çətindir. Amma bununla barışırsan, çünki onlar öz sahələrində o qədər yaxşıdırlar. Məhz bu, məhsulları mükəmməl edir. Məsələ prosesdə deyil. Məsələ məzmundadır”, deyə Cobbs izah edib.
Stiv Cobbsdan həqiqi intellektin sirri
Xatırladaq ki, “Apple”ın həmtəsisçisi Stiv Cobbs insanı ağıllı edən amilin nə olduğunu da izah etmişdi. Onun sözlərinə görə, intellekt – ideyaları əlaqələndirmək və başqalarının görmədiyi bağı tapmaq bacarığıdır.
“Qeyri-adi həllər tapmaq üçün hər kəsin malik olduğu təcrübənin eynisinə sahib olmamalısan. Fərqli təcrübələr ideyaları yeni şəkildə birləşdirməyə imkan verir”, deyə Cobbs bildirmişdi.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMehdiyevlərə məxsus şirkətdə vətəndaşdan tutulan 31 minlik “xərc”ə görə yalnız bu sənəd verilib - FOTO
09.12.2025Meşə fındığı ixracı 30%-dən çox artıb
09.12.20252026-da yollara çıxacaq ən güclü 5 lüks avtomobil - FOTO
09.12.2025Sabahın hava proqnozu
09.12.2025