Redaktor
Bu 5 nüansı bilmədən startap qurma!
Biznes sahəsi inkişaf etdikcə innovativ ideyalara maraq artır. Startaplar da bu marağın mərkəzində yer alır. Lakin hər yeni ideya uğurlu olmur. Bəziləri heç formalaşmadan yox olur, digərləri isə qısaömürlü olur. Bəs uğurlu startap qurmaq istəyənlər nələri unutmamalıdır?
Valyuta.az uğurlu startap qurmaq üçün unudulmamalı 5 əsas məqamı təqdim edir:
Bir çox uğurlu şirkətə rəhbərlik etmiş iş adamı, "FreeLogoServices.com" şirkətinin təsisçisi və baş direktoru Kreyq Blom deyir ki, biznes qurmaq çətin, xaotik və eyni zamanda həyəcanverici prosesdir. Onun sözlərinə görə, ilk startapına başlamazdan əvvəl bilmədiyi vacib məqamlar sonradan dəyərli dərslərə çevrilib. O, uğurlu və davamlı böyüməyə nail olmaq istəyən startapçılar üçün 5 əsas məqamı qeyd edir:
1. Kiçik hədəfləri heç vaxt gözardı etmə
Böyük mənzərəni görmək vacibdir, lakin startap mərhələsində qısa müddətli nəticələr həyati əhəmiyyət daşıyır. Məsələn, brendinq uzunmüddətli məqsəd ola bilər, amma ilkin mərhələdə əsas diqqət gəlir və nağd vəsait üzərində olmalıdır. Satış, gəlir və müştəri saxlama üzrə həftəlik və aylıq hədəflər qoyulmalı, nəticələr daim izlənilməlidir.
2. Marketinqə həddindən artıq pul xərcləmə
Startapların əsas səhvlərindən biri hər müştəriyə görə çoxlu pul xərcləməkdir. Bu, uzunmüddətli gəlir təmin edən abunə əsaslı modellər üçün effektiv olsa da, əksər startaplar bunu maliyyələşdirə bilmir. Müəllif bildirir ki, bu səhv öz biznes kartı məhsullarında da baş verib və nəticədə xərcləri azaltmaq üçün işçi heyətinin 20 faizini ixtisar etmək məcburiyyətində qalıblar.
3. Tez-tez istiqamət dəyişdirmə
“Pivot” (bir startapın ilkin biznes modelini və ya məhsul konseptini bazar reaksiyasına əsasən dəyişdirərək yeni istiqamətə yönəlməsi deməkdir) texnologiya dünyasında populyar anlayışdır, lakin tez-tez fikir dəyişmək startapı məhv edə bilər. Məhsulu təkmilləşdirmək faydalıdır, lakin resursların və komandanın məhdud olduğu bir mühitdə tez-tez istiqamət dəyişmək davamlı inkişafın qarşısını alır. Misal kimi, əvvəllər sosial şəbəkə olan sonra e-ticarətə yönələn və nəhayət uğursuz şəkildə satılan "Fab" platforması göstərilir.
4. Narahat olmaq yerinə, fəaliyyət göstər
Startap sahibləri daim qeyri-müəyyənliklə üz-üzə qalırlar. Lakin qorxunu aradan qaldırmaq əvəzinə onu motivasiyaya çevirmək daha doğrudur. Müəllif qeyd edir ki, bir dövrdə şirkət batmaq üzrə olsa da, hərəkətə keçərək konkret plan hazırlayıb və bu planı icra etməklə şirkəti xilas edib.
5. Mütəxəssis yox, çoxşaxəli və həvəsli insanlar işə al
Startap mühitində adaptasiya qabiliyyəti və öyrənməyə açıq olmaq təcrübə və diplomdan daha önəmlidir. İşin tələbləri tez-tez dəyişdiyi üçün “Swiss army knife” (çoxfunksiyalı) əməkdaşlar, yəni müxtəlif sahələrdə faydalı ola biləcək şəxslər uğurun açarıdır. Blom bildirir ki, bacarıqları öyrətmək mümkündür, lakin motivasiya və əzmkarlıq öyrədilə bilməz.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025