Redaktor
Sosial yardımlar nə vaxt ödəniləcək? (AÇIQLAMA)
Hər ay sosial ödənişlərin köçürülmə tarixi əvvəlcədən təyin olunmuş qrafik əsasında həyata keçirilir.
Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib.
“Həmin qrafik əsasında pensiya, müavinətlər və təqaüd yönümlü sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesabına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də gecikmə olmayıb. Belə ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Yaxın 2 gündə də digər sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulur”, - Mehdili bildirib.
Qeyd edəki ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025