Redaktor
Son 5 ildə ən çox investisiya alan süni intellekt şirkətləri
Avropada süni intellekt (SI) sahəsinə investisiyalar rekord səviyyəyə çatıb. Fransa, Almaniya və Böyük Britaniya bu sahədə lider mövqedədir. 2021-ci ildə 2,2 milyard avro olan investisiya həcmi 2025-ci ilin ilk 10 ayında 4,6 milyard avroya yüksəlib.
Valyuta.az xəbər verir ki, son beş ildə Avropa ölkələrindəki süni intellekt startaplarına ümumilikdə 13,2 milyard avrodan çox sərmayə qoyulub. Fransa şirkətləri 4,1 milyard avro, Almaniya 3,4 milyard avro, Böyük Britaniya isə 2,5 milyard avrodan çox yatırım cəlb edib.
Ən iri sərmayələrdən biri 2025-ci ilin üçüncü rübündə Fransada yerləşən "Mistral AI" şirkətinə yönəlib. ASML və Nvidia-nın rəhbərlik etdiyi bu raundda şirkət 1,7 milyard avro cəlb edərək ilin ümumi yatırımlarının 37 faizini təkbaşına təşkil edib.
Ən çox investisiya alan süni intellekt şirkətləri
Mistral AI (Fransa)
"DeepMind", "Meta" və "Google"un keçmiş mühəndisləri tərəfindən yaradılan "Mistral AI" böyük dil modelləri üzərində ixtisaslaşıb. Şirkət “AI Studio”, “Le Chat” və “Mistral Code” kimi məhsullarla mətn, kodlama və avtomatlaşdırma sahəsində həllər təqdim edir. Bugünə qədər 2,8 milyard avro yatırım alan şirkətin dəyəri 11,7 milyard avroya çatıb.

Helsing (Almaniya)
2021-ci ildə qurulan "Helsing" müdafiə və təhlükəsizlik texnologiyalarında süni intellektdən istifadə edir. Şirkət 1,3 milyard avro investisiya cəlb edib. Hazırda “Saab” ilə əməkdaşlıq edir və dronlardan kosmik sistemlərə qədər geniş tətbiq sahəsinə malikdir.

UiPath (Rumıniya / ABŞ)
2005-ci ildə Buxarestdə qurulan UiPath robotlaşdırılmış proses avtomatlaşdırması (RPA) sahəsində dünya lideridir. Şirkət 2021-ci ildə 1,34 milyard dollar gəlirlə Nyu-York birjasında IPO həyata keçirib və hazırda 100-dən çox ölkədə fəaliyyət göstərir.

Poolside (Fransa)
2023-cü ildə yaradılan "Poolside" proqramlaşdırma proseslərini avtomatlaşdıran süni intellekt modelləri hazırlayır. Şirkət son 5 ildə 626 milyon dollar yatırım alıb. İnvestorlar arasında "NVIDIA", "Bain Capital Ventures" və "Bpifrance" var.

Aleph Alpha (Almaniya)
2019-cu ildə qurulan "Aleph Alpha" açıq və izah edilə bilən süni intellekt” konseptinə əsaslanır. Şirkətin “PhariaAI” platforması dövlət və biznes qurumlarına məlumat təhlükəsizliyi təmin edir. Aleph Alpha bu günə qədər 500 milyon avro yatırım alıb.

Synthesia (Böyük Britaniya)
Mətndən video yaradan "Synthesia" real avatar və səs klonlama texnologiyası ilə tanınır. Şirkət 485 milyon avrodan çox sərmayə toplayıb və dəyəri 4 milyard dollar olub. İnvestorlar arasında "Google Ventures" və "Kleiner Perkins" var.

DeepL (Almaniya)
2017-ci ildə qurulan "DeepL" süni intellekt əsaslı tərcümə və yazı texnologiyaları ilə məşhurdur. “DeepL Translator”, “DeepL Write” və “DeepL Voice” kimi məhsullarla fərqlənir. Şirkət son 5 ildə 400 milyon dollardan çox yatırım alıb.

ElevenLabs (Böyük Britaniya)
Mətindən səsə çevirmə və səs klonlama texnologiyasında ixtisaslaşan "ElevenLabs" 290 milyon dollardan çox yatırım toplayıb. 2025-ci ilin yanvarında keçirilən C raundunda şirkətin dəyəri 3,3 milyard dollar olub.

n8n (Almaniya)
2019-cu ildə yaradılan n8n, açıq mənbəli avtomatlaşdırma platformasıdır. "OpenAI" "Slack" və "Google" kimi platformalarla inteqrasiya təklif edir. Şirkət 240 milyon dollar investisiya alıb və 2025-ci ilin oktyabrında dəyəri 2,5 milyard dollar səviyyəsinə yüksəlib.

Stability AI (Böyük Britaniya)
“Stable Diffusion” modeli ilə tanınan "Stability AI" vizual və dil əsaslı generativ texnologiyaların açıq qaynaqlı inkişafını dəstəkləyir. Şirkət indiyədək 230 milyon dollardan çox sərmayə cəlb edib.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
07.12.2025Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025