Şirkətlər "PAŞA Bank"dan 770 milyondan çox vəsaiti geri çəkib

Redaktor

19.03.2025 08:50
805

Şirkətlər "PAŞA Bank"dan 770 milyondan çox vəsaiti geri çəkib

"PAŞA Bank" ASC-nin 2024-cü il IV rübündə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 480 mln. manatdan çox azalaraq 1 mlrd. 421 mln. 937 min manata düşüb. 

Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 1 mlrd. 910 mln. 820 min manat idi. 

Bundan əlavə bankın ümumi aktivlərinin cəmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 400 mln. manatdan çox azalaraq 8 mlrd. 651 mln. 371 min manatdan 8 mlrd. 220 mln. 178 min manata düşüb. 

Bankın qeyri-maddi aktivlərində də mln.luq azalma müşahidə olunub.  Belə ki, 2024-cü ilində bankın bu aktivləri 20 mln. 27 min manat düşüb. Əvvəlki ilin eyni dövründə isə bu rəqəm 21 mln. 626 min manat idi.

Fiziki şəxslərin bankdakı depozitlərində 255 mln. manata yaxın artım qeydə alınsa da, hüquqi şəxslərin depozitlərində də 780 mln. manata yaxın azalma baş verib. 

Belə ki, hesabatı açıqlanan dövrdə bankdakı fiziki şəxslərin depozitləri 1 mlrd. 888 mln. 408 min manat, hüquqi şəxslərin depozitləri isə 4 mlrd. 521 mln. 648 min manat olub. Halbuki 2023-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1 mlrd. 633 mln. 931 min manat və 5 mlrd. 301 mln. 244 min mannat idi.

Bankın öhdəlikləri də 7 mlrd. 814 mln. 178 min manatdan 7 mlrd. 313 mln. 303 min manata düşüb.

Faiz gəlirlərində isə 30 mln. manata yaxın artım olub. Bank 478 mln. 3 min manat faiz gəliri əldə edib. Əvvəlki ilin eyni dövründə bu göstərici 448 mln. 411 min manat idi. 

Faiz xərclərində 60 mln. manata yaxın artım, qeyri-faiz xərclərində isə 42 mln. manata yaxın artıb.

Belə ki, faiz xərcləri 121 mln. 410 min manata, qeyri-faiz xərcləri isə 345 mln. 740 min manata qalxıb. 2023-cü ilin eyni dövründə isə bu göstərici müvafiq olaraq 61 mln. 192 min manat və 303 mln. 576 min manat olub. 

Müşahidə olunan mənfi tendensiyalara baxmayaraq, bankın dövr üzrə xalis mənfəətində 11 mln. manata yaxın artım qeydə alınıb. Bank, 210 mln. 538 min xalis mənfəət əldə edib. Əvvəlki ilin müvafiq dövründə bu rəqəm  199 mln. 209 min manat idi.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...