Redaktor
Şirkətdə standartlaşma hər zaman yaxşıdır?
“Şirkətdə standartların və qaydaların yaradılması heç şübhəsiz sistemli idarəetmənin əsasını təşkil edir. Standartlaşmanın şirkətə bir çox faydaları var: Planlama və nəzarət asanlaşır, çaşqınlıq və xaos azalır, avtomatlaşma asanlaşır, proseslərin keyfiyyəti artır, səhvlər azalır, xərclər azalır”.
Valyuta.az xəbər verir ki, bunu idarəçi, SAT Group şirkətinin həmtəsisçisi və biznes konsultant Anar Bayramov deyib.
A.Bayramovun sözlərinə görə, unutmamalıyıq ki, standartlar və qaydalar şirkətin yaxşılığı üçündür. Şirkətə pislik üçün deyil. İdarəçilər ayıq olmalıdırlar ki, standartlar və qaydalar şirkətə mənfi nəticələrə səbəb olmasın. Ona görə də həmin mənfi cəhətləri xatırlamaqda fayda var: “Çox standartlaşma bəzi hallarda işçilərin “robotlaşmasına” gətirib çıxarır. Bu halda yaradıcı yanaşma, təşəbbüskarlıq, kritik yanaşma arxa plana keçə bilər. Eyni zamanda, sərt standartların və “dəmir qayda”ların qoyulması bəzən şirkətin elastikliyinə mane olur. Nəticədə rəqabət qabiliyyəti azala bilir. Üstəlik, çox standart, qayda və prosedurların olması şirkətin reaksiya qabiliyyətini azalda bilir. İşi maraqsızlaşdıra, işçilərin motivasiyasını azalda bilir. Şirkətdə yersiz bürokratiya yarada bilir. Nəticədə sürət xeyli azalır və s”.
“Standartlar və qaydalar məqsəd deyil, vasitədir - alətdir. Heç bir halda şirkətin effektivliyini və səmərəliliyini axsatmamalıdır” – deyə A.Bayramov qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025