Silikon vadisindən investor: Azərbaycanın startap ekosistemi böyük potensiala malikdir

Redaktor

06.11.2025 16:25
285

Silikon vadisindən investor: Azərbaycanın startap ekosistemi böyük potensiala malikdir

"Azərbaycanın startap ekosistemi böyük potensiala malikdir. Hələ bütün şirkətlərlə tanış olmasam da, artıq burada ciddi işlərin görüldüyünü görürəm. Biz “Pasha Holding”in baş ofisini ziyarət etdik və mən xoş təəssürat aldım. Şirkət sahibkarlıq icmasının və yeni nəsil startapçıların inkişafını fəal dəstəkləyir. “StrategEast” Avrasiya Forumu çərçivəsində, xüsusilə fintex və biotexnologiya sahələrində çox maraqlı və məzmunlu müzakirələr aparıldı".

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Outpost Capital”“Solaris Venture Partners” vençur fondlarının tərəfdaşı, San-Fransiskoda yerləşən Silikon vadisindən investor Rayan Van (Ryan Wang) bildirib.

Rayan Van ilk dəfə Bakıda təşkil olunan 7-ci “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda iştirak etmək üçün Azərbaycana gəlib. Silikon vadisindən olan investor ilk dəfə Azərbaycana səfərindən məmnun qaldığını, paytaxtın cəlbediciliyini və yerli innovasiya ekosisteminin perspektivliyini qeyd edib:

“Bu səhər şəhərdə gəzintiyə çıxdım. Bakı olduqca gözəl və gəzinti üçün çox rahat şəhərdir. Hava da mükəmməldir — nə çox isti, nə də soyuq. Mən yerli innovasiya ekosistemi haqqında daha çox öyrənməkdə çox maraqlıyam. Eşitmişəm ki, burada süni intellekt sahəsində layihələr fəal inkişaf edir və yeni dövlət təşəbbüsləri həyata keçirilir”, - deyə investor vurğulayıb.

Silikon vadisində Azərbaycanın necə tanındığı ilə bağlı suala cavabında vençur fondlarının tərəfdaşı Rayan Van bildirib ki, hələlik ölkə texnoloji dairələrdə o qədər də tanınmır, lakin startap sahəsində böyük potensiala malikdir:

“Düzünü desəm, Silikon vadisində Azərbaycan haqqında çox az adam məlumatlıdır. İnsanların çoxu ölkə barəsində daha çox Formula-1-dən eşidib, nəinki onun texnoloji şirkətləri sayəsində. Mən dostlarıma Bakıya uçacağımı dedikdə onlar sevindilər, amma dərhal telefonlarını çıxarıb xəritədə Bakının harada yerləşdiyini yoxladılar (gülür). Məncə, burada böyük bir fürsət var — ekosistemlər arasında körpü qurmaq, Bakını tanınan innovasiya mərkəzinə çevirmək, kapital və tərəfdaşlar cəlb etmək”.

İnvestor əminliklə ifadə edib ki, Azərbaycan texnoloji sahibkarlığın inkişafı və qlobal innovasiya xəritəsində uğurlu mövqeyə sahib olmaq üçün bütün zəruri şərtlərə malikdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Məzənnə

Yüklənir...