Satışları artırmağın 4 qaydası - EKSPERT qızıl xırdaladı

Redaktor

04.03.2025 11:20
504

Satışları artırmağın 4 qaydası - EKSPERT qızıl xırdaladı

Bəzən biznes sahəsində belə hallarla qarşılaşırıq. İki şirkət var, ikisi də önəmli məhsul satır. Birinin işləri yaxşıdır, digəri isə satışda problem yaşayır. Sahibkarların yaxşı satış etməsi üçün bilməli və əməl etməli olduğu qızıl qaydalar nələrdir? Satışları zəif olan sahibkarların etdiyi səhvlər nələrdir? 

Valyuta.az-a açıqlamasında "SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov bildirib ki, satışı artırmaq istəyən sahibkar 4 məsələyə fokuslanmalıdır: “İlk olaraq, sahibkarın əlində məhsulu və yaxud xidməti varsa, hazırdırsa, əlindəki məhsulun, xidmətin alıcısının kim ola biləcəyini bilməlidir. Yəni, hansı qrup insanlar üçün məhsul maraqlı və cəlbedici olar? Beləliklə, müştəri seqmentini öyrənməlidir. Müştərilərin alış davranışları, gözləntilərini õyrənməlidir ki, sonrakı satış prosesini onun üzərindən qura bilsin. Sahibkar birinci öz müştərisini tanımalı, müəyyənləşdirməli və ona uyğun öz satış işlərini həyata keçirməlidir”.

Təklif rəqabətqabiliyyətli olmalıdır

Satış mütəxəssisi deyir ki, ikinci məsələ məhsulu və təklifi hazırlamaqdır: “Təklif yalnız məhsuldan ibarət olmur. Məhsulu hansı qiymətə təklif və hansı xidməti təqdim edəcəyimiz önəmlidir.  Bütun bunların hamısı toplamda təklifi müəyyənləşdirir. Sənin təklifin rəqabətqabiliyyətli olmalıdır. Yəni, müştərilərə edilən təkliflər içərisində müştəri üçün sənin təklifin cəlbedici olmalıdır”.

Üçüncü addım odur ki...

A.Qəhrəmanov deyir ki, üçüncü addım satış sistemi ilə məşğul olmaqdır: “Biz neçə nəfər satış əməkdaşının olması, hansı peşəkarlığa malik satış əməkdaşlarımızın olması ilə bağlı sistem qurmalıyıq. Əməkdaşların müştərilərlə necə işləməsi, müştərinin haradan cəlb olunması və təkrar satışların necə olması ilə bağlı nə kimi addımların atılmasının vacibliyini bilməliyik. Nəticə olaraq, nəzarət, idarəetmə sistemi hazırlanmalıdır”.

Peşəkar satışı peşəkar satıcı həyata keçirir

Satış mütəxəssisi qeyd etdi ki, dördüncü önəmli addım satış komandasının motivasiya və peşəkarlığını qorumaqdır: “Biz daima öz satış komandamızın peşəkarlığını artırmalıyıq. Müştəri bəlli olub, sistemi də müəyyən etdikən sonra komandanın motivasiyasını yüksək tutmaq lazımdır ki, onlar yüksək peşəkarlıqla satış həyata keçirə bilsinlər”.

Sərvanə Rəmixanova

Satışları artırmağın 4 qaydası - EKSPERT qızıl xırdaladı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...