Rusiya rekord endirimlərlə neft satmağa başlayıb

Redaktor

12.11.2025 21:48
165

Rusiya rekord endirimlərlə neft satmağa başlayıb

Rusiya nefti son bir ilin ən kəskin endirim artımı ilə üzləşib – Baltik və Qara dəniz limanlarında Urals markalı neft üçün barel başına endirimlər təxminən 20 dollara çatıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Nəşrin sənayedən mənbəyə istinadən verdiyi məlumata görə Primorsk limanında FOB əsasında Rusiyanın Urals neftinə Brent neftinə nisbətən endirim 10 noyabra qədər barel üçün 19,4 dollara, Novorossiysk limanında isə barel üçün 19,4 dollara qalxıb.

"Kommersant" xatırladır ki, noyabrın əvvəlində endirimlərın həcmi barel üçün 13-14 dollar səviyyəsində idi, halbuki yeni Amerika sanksiyaları tətbiq olunmamışdan əvvəl bu rəqəm 11-12 dollar arasında olub.

Ekspertlər endirimləri Rusiya neft nəhənglərinə qarşı sanksiyalarla əlaqələndirirlər. Digərləri bazarın "heterojenliyinə" diqqət çəkirlər. Bəzi rusiyalı mütəxəssislər ixrac kanallarının yenidən qurulması zamanı endirimlərin daha da artacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Urals neftinə Brentə nisbətən endirim maksimum dəyərlərə 2022-ci ilin ikinci rübündə – barel üçün 31,9 dollar və 2023-cü ilin birinci rübündə – barel üçün 30 dollar çatmışdı.

Birinci halda bazar müharibənin başlamasından sonrakı geosiyasi şokun təsiri altında idi, ikinci halda isə Avropa İttifaqının Rusiyadan dənizlə xammal tədarükünə qoyduğu embarqo öz rolunu oynamışdı.

Hal-hazırda Hindistan və Çin şirkətləri – Rusiya neftinin əsas alıcıları – Rusiya ilə yeni müqavilələr bağlamaqda getdikcə daha ehtiyatlı yanaşırlar.

Daha əvvəl məlum olub ki, beş böyük Hindistan neft emalı zavodu dekabr ayı üçün Rusiya neftinə sifariş verməyib. Adətən belə müqavilələr əvvəlki ayın 10-na qədər bağlanır. Çində Rusiya nefti almaqdan imtina edənlər arasında "Sinopec" və "PetroChina Co." adları çəkilirdi. Sonuncular böyük dövlət şirkətləridir.

Neft, sanksiyalar və müharibə

Xatırladaq ki, yaxınlarda Birləşmiş Ştatlar Rusiyaya qarşı - "Rosneft" və "Lukoil" şirkətlərinə toxunan yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər tətbiq olunan kimi şirkətlərin səhmləri sürətlə enməyə başlayıb. "Lukoil" həmçinin xarici strukturlarının fəaliyyətində problemlərlə üzləşib.

Norveçin "Gunvor" şirkətinin baş direktoru Torbjörn Törnqvistin bildirdiyinə görə, sanksiyalar nəticəsində indi "Lukoil"in bütün beynəlxalq fəaliyyəti iflic olunub.

Mütəxəssislər hesab edirlər ki, "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı ABŞ-ın yeni sanksiyaları Moskva üçün xoşagəlməz olsa da, fətal deyil. Hal-hazırda Trampın administrasiyasında Kremli sülhə getməyə məcbur edə biləcək yeni məhdudiyyətlər hazırlanır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?

05.12.2025

Məzənnə

Yüklənir...